Böyük və ifadəli gözlərə sahib olaq istəyirsinizmi? Dünyanın dörd bir yanından makiyaj ustalarının tövsiyələri ilə təsirli baxışlar əldə etmək çox asandır.
Fərqli tonda iki göz kölgəsi istifadə edin
Hollywoodun məşhur makiyaj ustası Jake Bailey eyni rəng ailəsindən fərqi tonda iki göz kölgəsi istifadəsini tövsiyyə edir. Bu şəkildə gözləriniz olduğundan daha böyük görünür.
Tonu doğru yerə çəkin
Məşhur makiyaj ustası sarah Lucero gözlərə iri və məsum bir baxış vermək üçün ən vacib nöqtənin göz qapağının ən geniş olduğu orta hissəsi olduğunu söyləyir. Kirpiklərin tam ortasında olan bu hissə daha çox rəng əlavə edin və bu sayədə göz qapağınızın üst hissəsinə çəkəcəyiniz daha açıq və yumşaq rəngi vurğulayarsınız.
Parlaq göz qələmi və göz laynerindən istifadə etməyə qorxmayın
Makiyaj ustası Laura Geller, “ Bənövşəyi və mavi tonlarında göz laynerindən istifadə etməyi yoxlayın” deyir. Parlaq görünən hər şey gözləri böyük göstərir. Lauraya görə əgər bu qələmlər doğru istifadə edilsə, gözlərə çox xoş bir dərinlik verilə bilər.
Cizgi qaydalarına diqqət
Madonna Angelina Jolie üçün işləyən makiyaj ustası Joanna Schlip, hər kəsin göz qapağının üzərində bir cizgi olduğunu söyləyir. Bunları da əlavə edir “ cizgi boyunca göz qələmi çəkin. Bu gözünüzün təbii şəklini vurğulayacaqdır.