Qadin.NET / Makiyaj hiylələri

Makiyaj hiylələri

 

Makiyaj hiylələri



 

Makiyajda görüntünüzü bir az dəyişdirmək və daha gözəl göstərmək üçün kiçik hiylələrə əl ata bilərsiniz. Gözləri daha böyük göstərmək, dodaqları dolğun etmək, daha kiçik burun, çıxıq almacıq sümükləri və yumşaq dəri görüntüsü yaratmaq elə də çətin deyil. 

 

Yumru gözlər 

Üzünüz yumrudursa və siz daha qabarıq cizgilər istəyirsinizsə, burada qaşlar əsas rol oynayır. Qövslü qaşlar üzü daha kəskin göstərir. Bunun üçün qələmi burnunuzun kənarına paralel şəkildə saxlayaraq qaşınızın başlanğıc nöqtəsini tapın. Qaşınızın ən yüksək hissəsini yəni, əyriliyin başlayacağı yeri tapmaq üçün göz bəbəyinin bitiş nöqtəsindən  qaşınıza dioqanal tutun. Göz qələmi ilə işarə etdiyiniz işarələdiyiniz nöqtədən birləşdirərək qaş formasını düzəldin. Daha sonra maqqaşın köməyi ilə işarənin üzərində qaşları alın. 

 

İncə uzun üzlər 

Üzünüz incə və uzundursa ənliklə bu görüntünü dəyişdirə bilərsiniz. Ənliyi sadəcə almacıq sümüklərinizin üzərinə tətbiq edin. Yanaqlarınızn kənarına doğru tətbiq etsəniz, daha uzun bir üzə sahib olarsınız. 

 

Makiyaj hiylələri



 

Kvadrat üzlər 

Belə üzə sahib olan qadınlar ifadələrini yumşaltmaq üçün almacıq sümüklərinə çəkdikləri ənlikləri gicgahlarına qədər yaymalıdır. 

 

Böyük üzlər 

Sadəcə almacıq sümüklərinin üzərinə ənlik çəkib burun hissəsinə çox dəyməməlidir. Yenə eyni şəkildə qulaqlara tərəf çox çəkilməməlidir.

 

Cizgilər  

Səhər qalxdığınızda alnınız, burun kənarları və dodaq hissəsindəki qırışlar görünürsə, incə cizgilər üçün işıq əks etdirən məhsullar istifadə edin. Dərin qırışlar üçünsə qırışıq doldurucu kosmetik məhsullar alın. 

 

Makiyaj hiylələri



 

Geniş alın 

Geniş alnı dar göstərmək üçün mat və qaraldıcı kirşan ya da tonal kremlə dəri rənginizdən bir ton tünd ənlik alın və bunu saç cizgisi boyu çəkin. Yaxşıca çəkib saç diblərinə tərəf yayın. 

 

Aşırı çıxıq almacıq sümükləri 

Bu tip almacıq sümüklərini gizlətmək üçün ənliyi əvvəlcə yuxarıya doğru, daha sonra da qulaqlara tərəf yaxşıca çəkmək lazımdır. 

 

Parlayın

Simli məhsullar istifadə etməkdən çəkinməyin. Bu məhsullar kənardan yaxşı hiss yaratmasa da taxdığımız zaman üzərimizdə gözəl qalır. Zərli və simli tonal krem işığı az olduğu yerdə sizi daha parlaq və cazibədar göstərəcək. 

29 noyabr 2016
GO BACK