Tuş "ölümsüz" kosmetik vasitə deyil. Onun da digər kosmetikalar kimi son istifadə müddəti var. Kirpiksiz qalmaq istəmirsinizsə, bir tuşu maksimum 4 ay istifadə etməlisiniz. İstifadə müddətini keçən tuşlar gözlərdə bakteriya və infeksiyalara yola aça bilər. Bu halda isə kirpiklər tökülməyə başlayır.Tuşun çubuq hissəsini saxlaya bilərsiniz. Fırçasını yaxşı yuduqdan sonra qaş ya da kirpik darağı kimi istifadə edə bilərsiniz.
Gecə yatmazdan əvvəl tuşu mütləq təmizləməlisən. Bütün gecə gözdə qalsa, kirpikləri qurudub tökülməsinə səbəb olur.
Həcmli kirpikləri kim sevmir ki? Kirpikləri daha həcmli göstərmək istəyirsinizsə, kirşanı sınaqdan keçir. Uşaqlar üçün olan kirşanın üzərinə tuş çəkərək daha həcmli kirpiklərə sahib ola bilərsiniz.
Kirpiklərin də saç və dəri kimi nəmə ehtiyacı var. Gecə yatmazdan əvvəl kirpikləri nəmləndirmək lazımdır. Zeytun, ya da badam yağı kirpikləri qoruyan ən ideal vasitədir. Gözün içinə düşməməsinə diqqət edin.
Suya davamlı – Suya davamlı tuşları daha uzun müddət istifadə etmək olur. Amma bu cür məhsulları hər gün istifadə etmək olmaz. Kirpiklərdən daha tez çıxan tuşlar daha sağlamdır.
Bütün qadınlar tuşun kənarlara dəyməsinə nifrət edir. Tuş çəkəndən sonra göz qapaqlarını qırpmaq olmaz. Bunun ən asan yolu isə ağzı açıq saxlamaqdır.
Tuşun göz qapaqlarına bulaşmasının qarşısını almağın daha bir yolu var. Tuşu çəkəndən sonra göz qapağının üst hissəsinə salfet qoya bilərsiniz.
Tuşu çəkdikdən sonra təmiz tuş fırçası ilə kirpikləri darayın. Beləcə tuşun artıqlarını alar, həm də kirpiklərin bir-birinə yapışmasının qarşısını ala bilırsiniz.
Satışda hər cür tuş növü mövcuddur. Sizə uyğun olan, kirpiklərinizi tökməyən, allergiya verməyən tuş seçmək lazımdır. Ehtiyacınız olan tuşu tapmaq çətindirsə, bir neçə tuş istifadə edərək öz tuşunuzu yarada bilərsiniz.
Kirpikləri tuş çəkməzdən əvvəl burmaq lazımdır. Əks halda, kirpiklər daha tez qırılır. Kirpik buranı bir neçə saniyə isti fenə tutsanız, kirpikləriniz daha tez və gözəl burular.