Qadin.NET / Səhvsiz makiyaj

Səhvsiz makiyaj

 

Səhvsiz makiyaj

 

Əlbəttə ki, yalnız heç bir şey etməyən insan səhv etmir. Hətta dekorativ kosmetika ilə uzun illər yaxından tanış olan xanımlar belə öz makiyajlarında səhvlərə yol verirlər. Ən önəmlisi isə bu səhvləri etməmək üçün verilən məsləhətlərə əməl etməkdir. 

Tonal krem: hesab edirəm ki, qadınlar tonal kremden həddindən çox istifadə edirlər. Tonal kremi çəkən zaman ən çox yayılmış səhv onun miqdarıdır. Adətən, ya çox, ya da az alınır. Dəri yaxşı vəziyyətdədirsə, tonal kremdən az miqdarda çəkmək lazımdır. Və əksinə, dəridə problemlər varsa, ondan çox istifadə edilməlidir. Amma yenə də tonal kremi bütün üzə çəkməkdənsə, yalnız nöqsanları ört-basdır etmək gərəkdir. Bundan başqa, bəzi qadınlar dərilərinin rənginə uyğun tonal kremi seçə bilmirlər. Xüsusilə də ağ boyun tünd rəngli sifəti bir-birindən ayıran xətlər yaxşı görünmür. Tonal kremin rəngi dərinin rəngi ilə uyğun gəlməlidir.

Kirşan: kirşanın əsas təyinatı -dərini mat etmək və makiyajı möhkəmlətməkdir. O, eləcədə üzün xırda nöqsanlarını -sızanaqları, qabarmış kapilyarları korrektə etməyə kömək edir. Kompakt və ya toz halında olan kirşandan istifadə etməyindən asılı olmayaraq onu fırça ilə çək. Fırça vasitəsilə kirşan bərabər və eynitonlu "oturur".

 

Səhvsiz makiyaj

 

Ten: yəqin ki, ən az problem törədən hissə məhz budur. Amma burada problem - göz kölgələrinin rənginin seçilməsidir. Bundan başqa, müəyyən rənglər üçün müəyyən çəkilmiş texnikası da mövcuddur ki, qadınlar onu həmişə nəzərə almırlar. Sədəfi tenləri yalnız üst qapaqlara və qaşaltı hissəyə çəkmək məqsədəuyğundur. Mat tenləri isə gözün qatlarlnda və üst qapaqlarda istifadə edirlər. Eyni zamanda, onunla gözləri azad etmək olar. Qadınlar ten çəkməzdən öncə göz ətrafına krem çəkirlər. Bu düzgün deyil. Nəticədə tenlər qeyri-bərabər çəkilir, yayılır və sonra çirkli görünür. Ten çəkməzdən öncə gözətrafı  dərini kirşanlamaq lazımdır. Kiçik və qıyğacı gözləri olan qadınlar gözləri daxili hissədən rəngləməməməlidirlər.

Ənlik: ənlik üzü canlandırır və cavanlaşdırır. Ənliyi dəri rəngindəniki tünd ton secirlər və həcmli fırça ilə elə çəkirlər ki, mümkün qədər dəbli görünsün. Axşam makiyajı üçün quru, gündəlik makiyaj üçün isə yağlı ənlikdən istifadə olunur.

 

Səhvsiz makiyaj

 

Dodaq boyası: pomada dodaqları nəmləndirir və qidalandırır, onu zərərli xarici təsirlərdən qoruyur, dodaqlara parıltı verir. Çox kök dodaqlar təbii matrəngli pomadalar vasitəsilə nazikləşdirmək olar. Dodaq boyasını seçərkən səhv etməmək üçün onu dodaqlarda sınaqdan keçirtmək lazımdır. Əvvəlcə dodaqlara tonal krem lazımdır ki, o əsas olsun və pomada uzun müddət qalsın. Pomadanı fırça vasitəsilə çəkmək lazımdır. Dayanıqlı və sədəfi pomadalar dodaqları qurutduğu üçün onları yayda çəkmək məsləhətdir. Qışda yağlı və nəmləndirici dodaq boyasından istifadə edirlər. Ümumiyyətlə, makiyakda "qızıl ortalığı" tapmaq çox vacibdir. Əgər sənə deyirlərsə ki, "Bu gün nə gözəl makiyaj etmisən!"- bu kompliment deyil. Kompliment belə səslənir"Necə gözəl görünürsən!".

 

Səhvsiz makiyaj

 

Tuş: tuşdan göz ifadəsini canlandırmaq üçün istifadə edirlər. Həcmverici tuşu pis çəksəniz, onlar yumrulanmış kimi görünəcək. Kiprikləri uzun göstərən tuşu isə belə istifadə edirlər: tuşu kipriklərə bir dəfə çəkib, onun qurumasını gözləyirsiniz, daha sonra ikinci və üçüncü dəfə bu prosesi təkrarlayırsınız. Əgər tuş uzunlaşdırıcı elementə sahibdirsə və çəkilən zaman yetərincə qurumursa, ondan lazımlı effekti almaq olmaz.

12 oktyabr 2015
GO BACK