Qadin.NET / Üz problemi olan qız populyar oldu

Üz problemi olan qız populyar oldu

Üz problemi olan qız populyar oldu

Problemli üzə sahib olan qızın videosu YouTube-da hitə çevrildi.

Em Ford sosial şəbəkələrdə insanların şüruna təsir göstərmək məqsədi ilə açıq video çəkdi. Kosmetoloq Em Ford bu videonu öz bloqunda paydaşdıqda bütün sosial şəbəkədə olan qadınların bir mənalı sərt reaksiyası ilə qarşılaşır. Emin videosu 1 iyunda dərc olunur və 1,5 milyon dəfə baxılır.

Ford sosial təcrübə keçirmək qərarına gəlir. Aknedən (üzün iltihabı xəstəliyi) əziyyət çəkən qız cəmiyyət qarşısında vicdanlı olmaq qərarına gəlir və üzünün bütün çatışmamazlıqları ilə makiyajdan əvvəlki və sonrakı şəkillərini nümayiş etdirir. Cəmi 3 ay ərzində Em bu kimi 100 min qəddar şərh alır: -"Mən onun üzünə baxa bilmirəm", "Onun üzünə nə olub?", "Onun üzü iyrəncdir"," Bu qız üzünü nə vaxtsa yuyur?"

Üz problemi olan qız populyar oldu

Ford sübut etdi ki, xarici görünüş ətrafdakıların sənə münasibətini həll edir, bəzi hallarda tənqidlər psixikası möhkəm olmayan insanlar üçün qaçılmaz zərbə olur.

"Çoxlarının bu gün qarşılaşdığı ən vacib problemlərdən biri də odur ki, biz mükəmməllik axtararaq özümüzü standart gözəlliyə sövq edirik. Bu vaxt biz vacib bir məqamı unuduruq- Siz öz özlüyünüzdə gözəlsiniz"- Em deyirdi.

Qız əmindir ki, onun layihəsi xarici görünüşü idealdan uzaq olan bir çox gənclərə kömək edəcək.

"Mən kamilliyə çatmaq üçün illər sərf etmişəm. Bilirsiniz, mən nə aşkar etdim? Güzgüyə baxanda boş sima görürəm. Heç vaxt mükəmməlik axtarmayın, siz ona heç vaxt çatmayacaqsınız. Bacardığınız qədər özünüzü o vəziyyətə kökləyin ki, siz görünüşünüzün ən yaxşı vəziyyətindəsiniz- For özünün son fotobloqlarının birindən belə yazırdı. 

5 avqust 2015
GO BACK