Qadin.NET / Makiyaj etmədən də gözəl görünə bilərsiniz

Makiyaj etmədən də gözəl görünə bilərsiniz

Makiyajın arxasına sığınmaqdan baxımlı görünməyi hansı qadın istəməz? Yaxşı əlinizdən gələni etdiyinizi, düşünürsünüzmü?

Təbii gözəllik qadınlara verilən ən böyük hədiyyələrdən biridir deyə düşünə bilərsiniz. Ancaq bunu özünüz də təmin edə bilərsiniz.

Sağlam bir dəri, makiyajsız da gözəl görünər. Dərinizi yaxşı təmizləsəniz sağlam görünən bir dərinin təməllərini də ata bilərsiniz. Dəri tipinizə görə güvəndiyiniz bir məhsulla nizamlı olaraq dərinizi təmizləyər və baxım etsəniz, dəriniz təzəliyi ilə heç bir makiyaj məhsuluna ehtiyac duymaz.

Bu da təbii gözəlliyə nail olmağınız üçün etməniz lazım olanlar:

Gecə dərinizi nəmləndirmədən yatmayın

Yaxşı nəmlənmiş və parıldayan bir dəriyə sahibsinizsə, makiyaj etməyə ehtiyac belə yoxdur. Sağlam dərinin sirri isə nizamlı olaraq dəri tipinizə və yaşınıza uyğun bir nəmləndirici istifadə etməkdən keçir. Gecə yatmadan əvvəl dərinizə tətbiq edəcəyiniz nəmləndirici, səhərlər sağlam bir cildlə oyanmanızı təmin edəcək.

Makiyaj etmədən də gözəl görünə bilərsiniz

Göz altı bağlayıcısı yerinə göz ətrafı kremləri

İşləyən qadınların ən çox istifadə etdiyi makiyaj məhsullarından biri göz altının tünd rənglərini gizlədən kremləridir. Yaxşı bunun səbəbini heç düşündünüzmü? Gün boyu kompüterə baxmaqdan ya da yorğunluqdan tündləşən göz altlarına bu kremləri tətbiq etdikcə çıxılmaz bir dövrə giririk. Bunun yerinə gecələri yatmadan əvvəl sıx nəmləndirmə təsirinə sahib göz ətrafı kremləriylə baxım edə bilər ya da yaşınıza uyğun serumlar istifadə edə bilərsiniz. Səhər oyandığınızda nə qədər dinc göründüyünüzə özünüz də şahid olacaqsınız. Gündüzləri isə işıqlandırıcı təsirə sahib göz ətrafı kremlərini istifadə etmək daha əlverişlidir.

Gündə ən az 7 saat keyfiyyətli yuxu

Yuxunun dərimiz üçün nə qədər əhəmiyyətli olduğunu hamımız bilirik. Dərinin yenilənməsi və özünü təmir etməsi üçün gündə ən az 7 saat yatmaq lazımdır. Göz altı bənövşəyiliklərindən şikayətçisinizsə, 7-8 saatlıq bir yuxu, bənövşəyilik və halqaların görünüşünün azalmasına və günə təptəzə başlamanıza köməkçi ola bilər.

Həftədə 1 dəri tipinə uyğun peeling tətbiqi

 

Həftədə bir dəfə tətbiq edəcəyiniz peeling, dərinizdəki ölü dəriləri təmizləyər və üzünüzə rəng gətirəcək. Daha canlı bir görünüş əldə etmək və makiyajsız da gözəl görünə bilmək üçün dərinizə nizamlı olaraq peeling tətbiq etməli və bunu edərkən dəri tipinizə uyğun məhsulu istifadə etməlisiniz.

Qaşları da yaddan çıxartmayaq

Üzünüzə ifadə qatan qaşlar, makiyajsız da olduqca əhəmiyyətli bir təsirə sahibdir. Qaşlarınızın çoxluqlarını götürüb səliqə ilə daradığınız təqdirdə ortaya çıxan görünüşə siz belə çaşacaqsınız. Yaxşı daranmış nizamlı qaşlar son dərəcə baxımlı görünmənizi təmin edəcək. Əgər qaşlarınızın kifayət qədər dolğun olmadığını düşünürsünüzsə, baxım məhsullarıyla sıxlaşmasını da təmin edə bilərsiniz.

Kirpiklərə qulluq

Tuj qadınların ən çox istifadə etdiyi makiyaj məhsullarındandır. Çünki qadınlar uzun və qapqara kirpiklərlə özlərini daha gözəl və daha cazibədar hiss edirlər. Lakin gözəl kirpiklərin tək həlli kirpik üçün tuj sürtmək deyil. Hər gecə yatmazdan əvvəl gözlərinizə bir miqdar vazelinlə də kirpikləriniz baxımlı, gur və uzun ola bilər.

Sadə gözlər də canlı baxar

 

 

Makiyaj etmədən də gözəl görünə bilərsiniz

 

Qələm ya da layner sürtmədiyinizdə gözlərinin donuq baxdığını düşünür ola bilərsiniz. Ümumiyyətlə, sürtməyə vərdiş etdiyiniz tünd rəng qələmlər sizdə bu təsiri bağışlayır. Göz qələmi ya da layner istifadə etmədiyinizdə də canlı baxmaq üçün, daha parlaq gözlər üçün qırmızılıq aradan qaldırıcı damcılardan kömək ala bilərsiniz. Əgər gözlərinin qızarmasından şikayətçisinizsə, həkiminizə məsləhətləşərək bir göz damcısı istifadə edə bilərsiniz.

Dodaqlarınızı fırçalayın

Dodaqlar makiyajsız olduğunda üzünüzdə ən çox diqqət çəkən nöqtələrdəndi. Canlı rənglərə sahib və gözəl dodaqlar üçün peeling etməyi təcrübədən keçirə bilərsiniz. Ölü dərilərdən təmizlənmək üçün həftədə bir dəfə quru bir diş fırçası ilə dodaqlarınızı fırçalaya bilər və çox daha canlı bir dodaq rənginə sahib ola bilərsiniz. Bundan başqa dodaqlarınızı nəmləndirməyə diqqət edin.

Ağ dişlərlə möhtəşəm bir gülüş

Makiyajsız gözəlliyinizi gözəl bir gülümsəmə ilə tamamlamaq üçün diş baxımınıza da əhəmiyyət verməlisiniz. Ağ təbəssüm bir çox makiyaj vəsaitindən çox daha təsirli ola bilər. Ağardıcı diş pastalarından istifadə edərək daha təsirli təbəssüm əldə edə bilər və təbii gözəlliyinizi vurğulaya bilərsiniz.

Baxımlı saçlar sizi hər vaxt qurtarar

Makiyaj etmədiyinizdə tamamilə baxımsız görünməmək üçün saçlarınıza bir az daha diqqət göstərməniz yerində olar. Başınızın arxasında nizamlı bir atquyruğu edə bilər ya da saçlarınıza təbii dalğalar verə bilərsiniz. Baxımlı və təbii saçlarınız, makiyajsız görünüşünüzü beləcə dəstəkləyə bilər. Hətta yeni bir saç seqmenti ya da üzünüzə gedəcək yeni bir model yoxlaya bilərsiniz.

5 iyun 2015
GO BACK