Göz makiyajı həssaslıq və ciddilik tələb edən bir işdir sevimli xanımlar! Doğru makiyaj üz hissəmizi göz önündə saxlayaraq çəkilən makyajdı. Doğru makiyaj üzünüzün detallarını vurğularkən sizi daha da gözəlləşdirir. Edilən səhvlər isə cizgilərinizi pozar və sizi eybəcər göstərər. Əvvəlcə makiyaj edərkən üzümüzü, üz cizgilərimizi, qüsurlarımızı, üzdəki orqanların bir-birinə olan nisbətlərini, göz quruluşumuzu, dəri quruluşumuzu, alnımızın genişliyini və dodaq quruluşumuzu yaxşıca tanımaq lazımdır. Əgər üzümüz haqqında doğru məlumatlara sahib olsaq iş sadəcə makiyaj texnikasını öyrənməyə qalar ki, işin daha asan hissəsi elə budur. Gözlər üzdəki ən diqqət çəkən orqanlardan biri olduğu üçün vurğulanması hər zaman tələb olunur. Gözlərinizə və kirpiklərinizə romantik, daha yüngül və seksual bir hava qatmaq üçün təkliflərimi tətbiq etməyinizi məsləhət görürəm.
Göz aydınladıcı
Göz aydınladıcısı, makiyajının ən əhəmiyyətli ünsürlərindən biridir. Üzünüzün cizgilərini vurğulayan və gözəlləşdirən o möhtəşəm vəsait işıqlandırıcıdır. Burun üstünə - qaşların ayrıldığı bölgəyə, çənəyə və qaş altına qoyulan işıqlandırıcı makiyajınızın daha təbii amma daha seksual görünməsini təmin edəcək. İşıqlandırıcını qaşlarınızın dərhal altına çəksəniz, qaşlarınız daha kəskin və daha gözəl olar. Göz kənarlarına çəkilən işıqlandırıcı isə gözlərinizin böyük görünməsini təmin edər.
Dolğun və uzun kirpiklər
Kirpikləriniz zəif, cansız və qısadırmı? Heç cür dolğun və uzun kirpiklərə sahib olmadığınız üçünmü şikayət edirsiniz? Onda bu hissəyə mütləq yaxşı baxın. Kirpiklərinizə tuş çəkin. Qalın və yumşaq uclu bir göz makyajı fırçasını uşaq pudrasına batırıb kirpiklərinizin üzərinə tək vuruşlarla toxundurun. Kirpik üçün tuş fırçasını sağa, sola ya da önə, arxaya hərəkət etdirməyin, kirpikləriniz bir-birinə qarışa bilər. Daha sonra pudranın artıqlarını təmizləyin. İkinci qat tuşu çəkin. Möhtəşəm görünüşlü dolğun və uzun kirpikləriniz hazırdı!
Qıvrım və seksi kirpiklər
Tuş çox vaxt kirpiyə vermək istədiyimiz formanı verə bilmir. Tək başına kafi olmayan tuşun yanında kirpik burma alətidə istifadə edərək dəstək veririk. Yaxşı ya kirpikləriniz formaya düşməyəcək qədər gur və sərtdirsə nə etməli? Çox sadə bir üsulla qıvrım və seksual bir görünüşə sahib ola bilərsiniz. Kirpik burma alətini bir neçə dəqiqə saç qurudan fenlə istilədərək kirpiyinizi burun. İstilik kirpiklərinizin asanca formaya düşməsini təmin edəcək.
Layner və göz kölgəsi üçün doğru səmt
Layner çəkərkən çox vaxt quyruğunu bir az çox uzun çəkərik. O uzun quyruqlarda başımıza bəla olub bütün üzümüzü qara rəngləyər. Gözümüzə doğru bir xətt çəkə bilmədiyimizə görə göz kölgəsi və layneri həmişə səhv tətbiq edirik və istənməyən nəticələr əldə edirik. Lakin olduqca pratik və ağıllı bir çıxış yolu ilə artıq bu problemdən xilas ola bilərsiniz. Ehtiyacınız olan yalnızca bir plasterdir! Səhv oxumadınız apteklərdə satılan kağız lentlər sayəsində artıq doğru mütənasib və qəşəng bir göz makiyajına sahib ola bilərsiniz. Plasteri şəkildəki kimi göz kenarınıza yapışdırıb göz farasını və layneri gözünüzə çəkin. Plastere rəngin dəyməsi heç problem deyil çünki bantı çıxararkən ləkənin özü gedəcək və romantik baxışlara sahib olacaqsınız.
Axmayan tuş və cazibəli baxışlar
Gözəl bəzəndiniz və göz makiyajınızı nəhayət tamamladınız. Amma bu qədər əməkdən sonra axan və dağılan tuş əsəbləri korlamazmı? Belə əsəb pozan vəziyyətlər yerinə gününüzün kefini çıxara bilmək üçün tuş quruyunca kirpiklərinizə bir azca saç spreyi sıxın. Yalnız gözlərinizi mütləq bağlayıb barmağınızı kirpiyinizin altına qoyun. Gözlərinizə əsla saç spreyi dəyməməlidir. Eynilə saçlarınızda olduğu kimi sprey kipriklərinizdəki makiyajı da qoruyacaq.