Qadin.NET / Mavi gözlü xanımlar necə makiyaj etməlidir?

Mavi gözlü xanımlar necə makiyaj etməlidir?

Mavi gözlü xanımların gözlərini əks etdirən bir makiyaj çəkməsi əhəmiyyətlidir. Çünki gözlərinin rəngini bağlamamalı, əksinə üzə çıxarmalıdır. Anadan gəlmə xoş gözlərə sahib olan mavi gözlü xanımların çox şişirdilmiş bir makiyaja ehtiyacı yoxdur. Açıq və mat rənglər gözlərinin gözəlliyini örtaya çıxarır. Çox tünd tonlar isə tam tərsi, pis bir təsir yarada bilər. Elə bu səbəbdən doğru bir makiyaj etmək lazımdır. Əziz Qadın.Netlilər, mavi gözlü xanımlar üçün düzgün makiyaj çəkmək qaydasını sizlərə təqdim edirəm. Buyurun bərabər bu qaydalara diqqət yetirək.

Mat rənglər
Mavi gözlərə ən çox yaraşan rənglər mat və şəffaf rənglərdir. Açıq mavi, bənövşəyi, şaftalı tonları, solğun çəhrayı və teni istifadə edərək gözlərinizin işıltısını vurğulamış olarsınız.
Tünd kölgələr
Əgər gözə çarpan bir makiyaj çəkmək istəyirsinizsə tünd rənglərdən də istifadə edə bilərsiniz. Qəşəng bir axşam yeməyi, ya da iş konfransı üçün göz kölgəsi olaraq tünd qəhvəyi, tünd qırmızı və ya bənövşəyi kimi rəngləri seçə bilərsiniz.
Mavi gözlü xanımlar necə makiyaj etməlidir?
Mavi kölgələr səhv seçimdir
Mavi gözlərə mavi göz kölgəsi çəkilər- fikri əslində tamamilə səhvdir. Çünki gözlərinizin gözəlliyini itirə bilərsiniz. Əgər mütləq mavi istifadə etmək istəyirsinizsə açıq mavi ya da tünd göy istifadə etməyə diqqət yetirin.
Üst-üstə düşən rənglər
Yenə mavi gözlü qadınlar üçün bir-birini tamamlayan və bütünləşdirən rəngləri istifadə edin. Məsələn açıq qəhvə ilə mis tonları, ya da çəhrayı ilə bənövşəyi kimi.
Mavi gözlü xanımlar necə makiyaj etməlidir?
Qarışıq mavi layner
Qarışıq mavi hər zaman iddialı bir rəngdir və gözünüzdə bu rəngi istifadə etsəniz gözləriniz işıltılı və güclü bir təsirə sahib olur.
İsti tonlar
Mavi soyuq bir rəngdir və xoş bir ziddiyyət yaratmaq üçün gözlərinizə isti rəngləri tətbiq edə bilərsiniz. Torpaq rəngli tonlar və narıncı ilk seçimlərinizdən olmalıdır.
 Mavi gözlü xanımlar necə makiyaj etməlidir?
1 aprel 2015
GO BACK