Makyajımızı çox vaxt yorğunluqdan, ya da tənbəllikdən təmizləmədən eləcə yatarıq. Dəri ancaq gecələr özünü təzələyir və makiyajla yatmaq dərinin təzələnmə prosesi üçün olduqca zərərlidir. Makiyaj sadəcə dərinin təzələnməsinə mane olmur, dəriyə mənfi təsir göstərir.
Mənfi təsirlərdən bir neçəsi:
Tonlaşdırıcı krem
Tonlaşdırıcı krem dərini tamamilə örtdüyü üçün dəri məsamələrinin havasız qalmasına səbəb olur. Tonlaşdırıcı krem dəridə maksimum 6 saat qalmalıdı, əks halda havadakı bakteriyaları və tozu toplamağa, mikroorqanizmlərin dəri üzərində törəməsinə səbəb olur. Nəticə olaraq da dəridə sızanaq meydana gəlir və qara nöqtələr artır. Xüsusilə gecə yatmazdan əvvəl üz təmizlənməli, ya da dəri təmizləyən sabunla isti su ilə yuyulmalıdır.
Dodaq boyası
Dodaq boyası ən cazibədar makiyaj vasitələrindəndir, lakin doğru bir formada təmizlənməzsə, dodaqlarda çatlamalara və qurumalara səbəb olur və əksinə çox da xoşa gəlməyən bir görünüşə yol açır. Dodaqlarınızı nəmli bir bez ilə silib nəmləndirici dodaq kremi tətbiq edin, ya da zeytun yağı ilə təmizləyin.