Qadin.NET / Dodaq boyasını canlı saxlamaq sirləri

Dodaq boyasını canlı saxlamaq sirləri

Dodaq boyası mənim də bütün xanımlar kimi ən sevdiyim makiyaj vəsaitidir və məncə bir makiyajın ən vacibi məhz dodaq boyasıdır. Mən şəxsən qırmızı, bordo, albalı çürüyü və badımcan gülü bənövşəyisi kimi rəngləri çox sevirəm. Amma zamanla təcrübəli bir makiyaj üçün mat rənglərə müraciət edirəm. Siz hansı rəng dodaq boyalarını seçərsiniz? Dodaq sürməsi ustalıq tələb edən bir makiyaj vəsaitidir. Bu səbəbdən sizlərlə sürməylə əlaqədar makiyaj hiylələrini paylaşmaq istədim. Dodaq boyalarını necə yenidən istifadə etmək, göz kölgəsindən dodaq boyası düzəltmək üsulu, qırılan dodaq bayasını necə yenidən istifadə etmək, boyanın mat görünməsini necə təmin edəcəyinizi, qalıcı boya çəkmə texnikalarınıda bu yazıda tapa biləcəksiniz.
Dodaq boyasını canlı saxlamaq sirləri

Dodaq boyasının dişlərinizə yapışması qədər pis bir şey yoxdur yaqin ki! Amma artıq tərtəmiz gülüşlərə və doğru çəkilmiş bir boyaya sahib olacaqsınız. Şəkildəki kimi boyanı çəkdikdən dərhal sonra barmağınızın ucunu ağzınıza salıb dodaqlarınızı büzün. Bir dəqiqə qədər boyanın qurumasını gözləyin və barmağınızı ağzınızdan çıxarın.
Dodaq boyasını canlı saxlamaq sirləri
Ən sevdiyiniz dodaq boyasını çəkdiniz, bəs ənlik? Ənlik rənginiz boya rənginizlə uyğundurmu? Onda sevdiyiniz boyanı yanaqlarınıza çəkib fırçayla yayın. Üzərinə yaxın bir ton ənlik çəkin. Beləcə qarışdırmış olarsınız.
Dodaq boyasını canlı saxlamaq sirləri
Göz kölgəniz xarab olub dağılmağa başladısa, onu bir dodaq boyasına çevirə bilərsiniz. Şəkildəki kimi göz kölgəsini bir qaşığa tökün və balm (belegan yağı) ilə qarışdırın. Fırça köməyiylə dodağınıza çəkin.
Dodaq boyasını canlı saxlamaq sirləri
Bağlayıcı fırçayla çəkilən dodaq boyası çox gözəl görsənir. Axmır, yapışmır və şəkildəki kimi görünür!
Dodaq boyasını canlı saxlamaq sirləri
Boyaların qalıcı olması və uzun müddətdə pozulmaması bütün xanımların istədiyi bir şeydir. Bunun üçün nə etməli? Boyanızı dodağınıza çəkin. Daha sonra incə bir kağız dəsmalı dodağınızın üzərinə qoyub dodaqlarınıza bağlayıcı çəkin. Gün boyu boyanız eyni görünüşünü qorusun.


3 aprel 2015
GO BACK