Müasir günümüzdə artıq heç kim çirkinəm, gözəl deyiləm, burnum böyükdür, gözlərim kiçikdir, qaşlarım çox nazikdir kimi cümlələr işlədə bilməz. Çünki artıq hər şey mövcuddur və tənbəl olmayan xanımlar özlərinə diqqət edir və gözəl görünürlər. Kosmetoloji vasitələr sayəsində hər bir qüsuru aradan qaldırmaq mümkündür. İnanmırsınız? O zaman kosmetoloji vasitələrin və peşəkarların nələr edə biləcəyini özünüz görün, şahidi olun.
Necə dəyişilib elə deyilmi?
Fərq ortadadır.
Qaşlarım nazik və formasızdır deyənlər, diqqətlə baxın.
Bir az baxım, bir az makiyaj sizi tamamilə dəyişə bilər.
Əsas odur ki, sizdə həvəs və iradə olsun.
Özünüzü sevin, özünüzə diqqət yetirin, bu zaman nə qədər gözəl olduğunuzun şahidi olacaqsınız.
Əslində Allah sizi gözəl yaradıb. Sadəcə insan özünə baxmadıqca, sevmədikcə çirkinləşir, məncə.
Makiyaj zamanı üz quruluşuna və dəri rənginizə uyğun tonlar seçin.
Bu xanım yaşından nə qədər cavan görünür.
Gözəl xanımlar, demək istədiyim hər birimiz gözəlik, lakin bunu üzə çıxarmaq bizdən asılıdır. Hər kəsə hər zaman gözəl olmağı arzu edirəm.