Eyeliner çəkmək qadınlar üçün olduqca çətin görünər. Halbuki çox asandır.
Ümumiyyətlə eyeliner nə üçün istifadə olunur?
Eyeliner gözlərinin daha böyük, kirpiklərinizin də daha dolğun görünməsini təmin edər. Bu sayədə daha təsirli baxışlara sahib ola bilərsiniz.
Bəs eyeliner necə çəkilir?
Eyelineri düz çəkə bilmək üçün göz kənarlarınızı alınınıza doğru qaldırın, kirpiklərinizin başlanğıc nöqtəsindən sonuna qədər düz bir xətt çəkin.Göz qapağınızın gicgahlarınıza yaxın qisimindən çölə doğru bucaqlı şəkildə incə bir xətt çəkin.
Eyeliner çəkmək ilk dəfə çətin görünə bilər. Bir neçə dəfə sınadıqdan sonra alışacaqsınız.
Bunlara diqqət edin!
Qaraşın xanımlar; qara rəngli göz qələmi və eyeliner sizin üçün uyğundur.
Sarışın ya da ağ xanımlar isə ; boz və qəhvərəngi tonlarında eyeliner və göz qələmi sizin üçün uyğundur.
Eyeliner makiyajında təbii bir görünüş yaratmaq istəyirsinizsə; eyeliner fırçasıyla yüngül və incə xəttlər çəkməlisiniz.
Gözlərinizi daha böyük göstərmək istəyirsinizsə; eyelineri gözünüzün iç küncündən xarici küncünə qədər çəkin.
Əksinə gözlərinizi kiçik göstərmək istəyirsinizsə; eyelineri göz qapağının yarısına qədər çəkin.
Gözlərinin daha diqqətə çarpan olmasını istəyirsinizsə; gözlərinin iç küncündə incə xətt, xarici küncündə qalın xətt çəkin.
Ən vacibi isə ; fırçanı kirpik diblərimə yerləşdirirəm əvvəl və fırçanı dik duz bir bucaq ilə tuturuq…
2.şəkildə isə, kirpik dibimdəki son nöqtədən fırçamı qaş sonuna qədər yuxarı doğru paralel bir şəkildə bir cızıq çəkirik.
3.şəkildə bu paralel çəkdiyim xətti bir üçbucaq kimi, çəkdiyim quyruq qisimi və qapaqdakı xətt ilə birləşdirirəm.
4.şəkildə bu xəttin içini doldururuq ,amma paralel olaraq çəkdiyim o quyruq qisimini boşda buraxıram ki ,nazikdən qalına doğru birləşən bir quyruq halını ala bilməsin.
5.şəkildə isə düz şəkildə göz qapağındakı xəttin üzərindən bir də gedirik və yavaş-yavaş lıner əməliyyatını tamamlayırıq
Bir məlumatı da sizin nəzərinizə çatdırım ki artıq uzun müddətli eyeliner elətdirmək də mümkündür. Bunun ölkəmizdə eləyib - eləmədiklərini bilmirəm amma Türkiyədə edirlər. Bu da video görüntüsü: