Göz layneri, qadınların ən çox istifadə etdiyi göz makiyajı vasitəsidir. Əminəm siz də göz layneri çəkmədən makiyajınızı tamamlamırsınız. Yaxşı, bəs göz layneri istifadə edərək nələr edə biləcəyinizi bilirsinizmi?
Təbii makiyaj
Son illərin ən dəbli makiyaj trendləri arasında, təbii makiyaj tərzi var. Üst göz qapağına incə bir xətt çəkərək təbii gözəl görünə bilərsiniz. Bu təbii göz makiyajını, yüngülcə çəkilmiş çəhrayı bir ənlik və dodaq parıltısıyla tamamlayın.
Dumanlı göz makiyajı
Göz layneriylə yaradılan ən iddalı makiyajlardan biri dumanlı göz makiyajıdır. Layneri göz qapağının xaricinə çəkərək, qara və boz göz kölgələriylə tamamlayaraq bu görünüşü əldə edə bilərsən. Kirpik üçün tuş çəkməyi də unutmayın!
Qanadlı cizgi
Göz layneri, göz qapağının xaricinə çəkərək yuxarı doğru qıvırın. Qanadlı layner xətti həm gündəlik, həm də xüsusi günlərdə istifadəyə əlverişlidir. Dodaq boyası seçiminizlə makiyajını cazibədar edə bilər ya da gündəlik bir hala sala bilərsiniz.
Rəngli
Rəngli və qalın göz layneri qələmləriylə iddialı görünüş yarada bilərsiniz. Xüsusilə göz kölgəsi istifadə etməyi xoşlamırsınızsa, bu üsulu sınaqdan keçirməyi təklif edirəm.
Mərkəzi cizgi
Xətti göz qapağının xaricinə çəkin, amma ucunu kənar yerinə dümdüz gətirin. Bu üsul, seksual və iti baxışlar əmələ gətirir. Tünd qırmızı kimi iddalı bir dodaq boyası rəngiylə mükəmməl bir görünüş yaradar.
Gündəlik istifadə
Göz laynerinı incə bir xətt halında istifadə edib, ucunu çox az yuxarı və çölə doğru çəksək, gündəlik istifadəyə çox uyğun bir görünüş yarana bilər. Laynerlə birlikdə ağ ya da dəri rəngi göz kölgəsi istifadə edə bilərsiniz.
Alt göz qapağı
Gözün həm üstünə, həm də altına qələm çəkərək, gözlərinizi mükəmməl şəkildə çərçivələyə bilərsiniz. Bu tətbiq kiçik gözləri daha da kiçik göstərər, böyük gözlərə daha uyğundur.
Rəng
Qara göz laynerinin yanında istədiyiniz rəngdə bir qələm istifadə edə bilərsiniz. Iddialı və mükəmməl bir görünüş!
Qalın çərçivə
Gözünün həm üst, həm alt qapağına qalın bir xətt çəkərək dumanlı gözlər yarada bilərsiniz. Bu tətbiq, xüsusilə gecə makiyajı üçün uyğun bir görünüş əmələ gətirər.
Parıltı
Göz laynerinin üzərinə, parıltılı bir laynerlə ikinci xətti çəkərək bu görünüşü əldə edə bilərsiniz.