Öncə rənglərin ahənginə fikir vermək lazımdır.
Gündəlik həyat tərzimizdə edə biləcəyimiz sadə makiyaj. Gözlərə yalnız sürmə çəkirik. Bu zaman dodaq boyasına xüsusi diqqət yetirmək lazımdır.
Bu da bir qədər sadə, lakin göz rənginə uyğun makiyajdır.
Mavi və bənövşəyi rəngin ahəngindən yaranmış bi göz makiyajı.
Göz makiyajı edərkən gözümüzün rənginə, saçımızın və dərimizin rənginə və geyinəcəyimiz geyimə uyğun seçməliyik.
Bu da yalnız sürmədən istifadə olunmuş makiyajdır. Sadə və bir o qədər də gözəl görünür.
Makiyaj edərkən biz göz kölgələri ilə kiçik gözlərimizə böyük və cazibədar görünüş verə bilərik.
Öncə ağ göz kölgəsindən istifadə edirik. Sonra mərkəzdən sona doğru gümüşü rəngdən istifadə edirik. Sonluğa isə qara rəng istifadə edib gözlərimizi daha da uzunsov və cəlbedici göstərə bilərik. Sürmə çəkməyi də unutmayın.
Sadəcə ağ və qara göz kölgələrindən istifadə olunub. Gəlinlər üçün gözəl seçimdir. Yalnız bu makiyajı edərkən dərinin rənginə diqqət yetirmək lazımdır. Ağbəniz xanımlar üçün daha uyğundur.
Gündəlik istifadə edə biləcəyimiz göz makiyajı.
Gözün ön hissəsinə çəkilən sürmə gözləri daha da uzunsov və incə göstərir.
Sadə makiyajdır. Hər bir dəri rənginə də uyğundur.
Bu makiyajda isə yalnız qara qələmdən istifadə olunub.