Qadin.NET / Daimi makiyajın incəlikləri

Daimi makiyajın incəlikləri

Daimi makiyajın incəlikləri
Daimi makiyaj (mikro-piqmentin tətbiq edilməsi) steril və tək istifadəlik iynənin köməyi ilə təbii və mineral tərkibli rənglərlə dərinin 2-ci qatına yerləşdirilir. İstifadə edilən daimi makiyaj bitki tərkibli olub, bütün sınaq testlərindən keçib, o cümlədən allergik təsirləri də sınanmışdır.  
Daimi makiyajın tətbiq edilməsi səbr və diqqət tələb edir. Ən vacibi isə gigiyenadır. Tətbiq ediləcək mərkəzin (gözəllik salonunun) bütün gigiyenik qaydalara uyğun olması  və bu sahədə sertifikatı olması çox vacibdir. Bu işi hər şəxsə etibar etmək olmaz.
Daimi makiyajın incəlikləri
Böyük şəhərlərdə bu işlə məşğul olan mərkəzlər çoxdur. Məhz bu baxımdan qeyd edilənləri unutmamalısınız. 
Şirişdilmiş qiymətə və kefiyyətsiz avadanlıqlara etibar etməyin. Daimi makiyajda təbii görüntü ala bilmək olduqca vacibdir. Daimi makiyaj ilə tatuaj qarışdırılmamalıdır.  Onların yalnız bir oxşar cəhətləri var ki, o da daim dəridə qalmalarıdır. Daimi makiyajdan üz dərisində ən çox istifadə edilən sahə qaşlardır.  Daimi qaşların tətbiqi digər qaş cizgilərindən fərqlənir. Onun sayəsində hər hansısa xəstəliyə görə qaşları tökülmüş birinə daimi qaş çəkmək mümkündür. Alçaq qaşlara sahib olan xanımlar qaşlarını qaldıra bilərlər. Seyrək qaşa sahib xanımlar isə daimi makiyaj sayəsində qaşlarını sıxlaşdıra bilərlər.
Daimi makiyajın incəlikləri
Daimi makiyajın üz dərisində ən çox istifadə edilən sahədən biri də dodaqlardır. Dodaq konturunun tətbiqi üçün hər hansı bir cərrahiyə əməliyyatına ehtiyac yoxdur. Əgər dodaqlarınızın olduğundan daha böyük və ya daha kiçik görünməyini istəyirsinizsə daimi makiyajdan yararlana bilərsiz.
Daimi makiyajın incəlikləri
Solmuş dodaqların daha canlı və təbii görünməsi üçün daimi makiyaja üz tuta bilərsiz. Dodaqlarınızda rəng boşluqları və ya hər hansısa ləkə varsa daimi makiyaj köməyinizə gələcək.  Daimi makiyaj sayəsində dodaq qələminə və dodaq boyasına qənaət etmiş olacaq və dodaqlarınız təbii rənginə qovuşacaqdır.
27 fevral 2014
GO BACK