Qadin.NET / Göz formanıza görə makiyaj üslubu

Göz formanıza görə makiyaj üslubu

Makiyaj edərkən üz formanıza diqqət etməyiniz vacibdir. Hər makiyaj üslubu hər üzə uyğun gəlmir. Bu, həm də gözlərin makiyajına aiddir. Başqasında çox bəyəndiyiniz göz makiyajının sizə yaraşmamasının səbəbi də bundan irəli gəlir ki, üz və göz quruluşu hər kəsdə fərqlidir. 

Göz tipinizi öyrənib ona uyğun makiyaj etmək həm gözlərinizə çox yaraşacaq, həm də gözlərinizin diqqət mərkəzində olmasına səbəb olacaq. 

Göz formanıza görə makiyaj üslubu

Aralı gözlər

Gözləriniz bir-birindən aralıdırsa, makiyaj edərkən gözlərinizin içini daha ön plana çıxarmalısınız. Gözləri bir-birinə yaxınlaşdırmaq üçün burnun ucuna tünd rəngli tonal krem çəkilməli, qaşlara doğru yayılmalıdır. Qalın tuş sürtərək diqqəti kirpiklərinizə verə bilərsiniz.

Yaxın gözlər

Gözlərinizin arasındakı məsafə azdırsa, yaxın gözlərə sahibsiniz. Yaxın göz makyajında diqqət gözünüzün uc qismində olmalıdır.

Bu səbəbdən tuşu yalnız gözün ucundakı kirpiklərə sürtün.  Göz mənbəyindən göz qapağının ortasına qədər açıq rəngdən istifadə edin. Göz laynerini gözün mənbəyinə yaxın çəksəniz, gözləriniz daha bitişik görünəcək. Göz laynerini göz qapağının ortasından başlayaraq gözün xarici ucuna doğru çəkin və yayın.

Kiçik gözlər

Balaca gözlərə maliksinizsə, makiyajla onları daha böyük göstərə bilərsiniz. Açıq rəngdə olan qələmi ilə gözünüzün iç tərəfinə aydınlıq verə bilərsiniz, bu, gözlərinizin daha böyük görünməyinə səbəb olacaq. Bundan başqa, kirpik üstünə və qaş altlarına açıq rəngli göz kölgəsindən istifadə etməklə daha iri görünüş verə biləcəksiniz. Göz qapağınıza açıq rəngli kölgə sürtün və orta tündlükdə mat rənglə kölgələndirin. Alt və üst kirpiklərinizə tuş sürtməyi unutmayın.

Qabarıq gözlər

Qabarıq gözləriniz varsa, doğru kölgə "texnikası" ilə mükəmməl göz makiyajına sahib ola bilərsiniz. Göz qapağını tünd rəng kölgə ilə kölgələndirərək qaşa doğru açılan bir rəngə uyğunlaşdırın. Tünd rənglər gözlərinizi olduğundan daha batıq göstərəcəyi üçün dumanlı göz makiyajı tam sizə görədir.

Çuxur gözlər

Çuxur gözlər olduğundan daha kiçik göründüyü üçün bir neçə üsulla daha diqqətəçarpan hala gətirmək gərəkdir. Bunun üçün göz qapağınıza havalı bir rəng sürtüb, kölgəni çuxurun həmin yuxarısına qədər yaymalısınız. Göz qələmi və dip-lineri göz qapağınıza incə bir şəkildə çəkməyə səy göstərin və tuşu üst hissəyə qalın, alt hissəyə isə daha incə bir formada çəkin.

31 mart 2016
GO BACK