Yeni ildə gedəcəyiniz məkana uyğun makiyajdan istifadə etmək çox əhəmiyyətlidir. Gecə klubu, restoran və ailə yeməyi kimi yerlərin hər birində fərqli məqamlar ön plana çıxarılmalı və bəziləri arxa planda tutulmalıdır.
Gur işıqlarının altında, isti mühitdə bütün gecə rəqs edəcəyiniz və əylənəcəyiniz bir gecə keçirəcəksinizsə, mütləq parlaq rəngləri seçməlisiniz. Parlaq dodaq boyaları, zərli göz kölgələri və ənliklər mütləq əlinizin altında olmalıdır. Bütün gecə kimyəvi maddələr daşıyacaq olan üzünüzün baxımı da əhəmiyyətlidir. Əvvəl üzünüzü nəmləndirin. Sonra tonal krem çəkin və üzünüzün üst qismindən başlayaraq göz layneri, göz qələmi, tuş və ənliyi sıranı pozmadan çəkin. Evdən çıxarkən edəcəyiniz son iş dodaq boyası çəkmək və ətir vurmaq olmalıdır.
Ailə yeməyi
Ailə yeməyi ən az makiyaj etməyiniz lazım olan yerdir. Baxımlı, ancaq təbii olmaq daha əhəmiyyətlidir. Ənlik üçün şaftalı tonları və ya yüngül parıltılı çəhrayı rəngdən istifadə edə bilərsiniz. Çox ənlik və ya tonal kremdən ​​istifadə etməyin. Dodaq boyası isə qətiyyən qırmızı olmasın. Daha yüngül, dəri rəngi tonlarını seçə edə bilərsiniz. Ümumiyyətlə, ailə üzvləriniz sizi təbii görünüşlə bəyəndikləri üçün özünüzü daha rahat hiss edə biləcəyiniz bir makiyaj seçin.
Restoranda yeməyə gedərkən
Restoranda baş-başa bir yeməkdə sevgiliniz və ya həyat yoldaşınızın gözlərinin davamlı olaraq sizdə olacağını unutmayın. Buna görə də ən çox diqqət tələb edən makiyaj restorana gedərkən etdiyiniz makiyajdır. Nəmləndiricisiz əsla makiyaja başlamayın. İşıqların altında ənliyin qurutduğu dəri heç də xoş görünməyəcək. Dodaqlarınızı dolğun göstərəcək bir dodaq boyası seçin. Göz makiyajı ən əhəmiyyətli addımdır. Çünki bütün gecə gözlər üzərinizdə olacaq. Xüsusilə tuş çəkərkən çox diqqətli olun. Eynək və ya linzadan istifadə edirsinizsə, gözlərinizə xüsusi diqqət göstərin.
Yeni ili bu yerlərdən fərqli bir məkanda qeyd edəcəksinizsə, mühitə uyğun makiyaj tonlarını seçin. Bu, ofisdə keçirilən əyləncədirsə, ciddi, yoldaşlarla qızlar arasında qeyd olunacaq bir axşamdırsa, sevimli tonlardan seçə bilərsiniz.