Şübhəsiz ki, yeni il gecəsi ilin ən önəmli günlərindən biridir. İnanca görə yeni il gecəsini necə qeyd etsəniz, bütün iliniz o qaydada davam edər. Yeni il gecəsi hər zaman olduğunuzdan daha gözəl görünmənizi təmin edəcək qüsursuz makiyaj haqqında məsləhətlərimizi addım-addım izləyin.
1 İlk addım olaraq üzünüzün dərisini təmizləməlisiniz. Təmiz dəriyə edilmiş makiyaj daha gözəl görünür. Uzun müddət təbii maskalardan istifadə etməmisinizsə? gün ərzində etməyinizdə fayda var.
2. İkinci addım dərinizi makiyaj üçün hazırlamaqdır. Dərinizin rənginə uyğun olmayan tonal krem üzünüzdə maska tə'ssüratı yaradacağından yaxşı görünməyəcək. Dərinizin rənginə uyğun tonal kremi süngər vasitəsi ilə bütün üzünüzə çəkin.
3. Tonal kremin qurumasını gözlədikdən 3 dəqiqə sonra növbəti addıma keçin. Yəni kirşan çəkin. Təbii ki, o da dəri rənginizə uyğun olmalıdır.
4. Üz dərisini makiyaja hazırladığınız kimi göz ətrafını da makiyaja hazırlamaq lazımdır. Göz altında şişlik varsa örtücü (concealer) ilə gizlədin. Onu barmağınızın köməyi ilə dəriyə hopdurmalısınız. Dərin basmaq olmaz. Bu sizin baxışlarınıza da aydınlıq gətirəcək.
5. Göz makiyajınızı hazır etdikdən sonra kölgə ilə tamamlaya bilərsiniz. Kölgənin rəngini həm geyiminizin rənginə uyğun, həm də yeni il gecəsi üçün boz və ya qara rəngini seçə bilərsiniz. Gözlərinizi daha cəlbedici etmək üçün parlaq rənglərdən də istifadə edə bilərsiniz.
6. Növbə çatdı göz qələminə. Siz onu dumanlı təsir bağışlayacaq şəkildə gözlərinizə çəkə bilərsiniz. Və yaxud göz qələmini sürmə ilə əvəz edə bilərsiniz. Hansı ki, onunla göz makiyajınız daha təsirli ola bilər.
7. Göz makiyajını tamamlayan kirpiklərə çəkilən tuşdur. Odur ki, baxışlarınızın nə dərəcədə cəlb edici olacağı məhz doğru çəkilmiş tuşdan asılıdır. Sürmə çəkilmiş gözlərə tuşu kirpiklərin dibindən çəkmək lazımdır.
8. İndi isə növbə üzünüzə parlaqlıq və işıltı əlavə etməyə gəldi. Bunun üçün dəri rənginizə uyğun ənliyi yanaqlarınızdan gicgahınıza doğru çəkin. Xətlərin dəqiq bilinməməsi üçün “yumuşaltmağa” çalışın.
9. Növbə son mərhələyə gəldi, yəni imzaya. Makiyajın imzası çox güman ki, dodaq boyasıdır. Bu fəslin dəbi olmaqla yanaşı yeni ilin trendi sayılan al qırmızı dodaq boyasından istifadə edərək makiyajınızı tamamlayın.
10. Artıq köhnə ilə gözəl şəkildə vida etməyə, yeni ili isə layiqincə qarşılamağa hazırsınız.