Səhv makiyaj edərək gözəlliyinizə kölgə salmayın!
Sizə yaraşan, üzünüzə uyğun olan və üzünüzün ən gözəl cizgilərini ortaya çıxaran bir makiyajla bütün günü özünüzdən əmin bir şəkildə keçirə bilərsiniz. Tez-tez edilən makiyaj səhvlərini bilməniz bunlara mane olmaqda işinizə yaraya bilər.
Üzünüzün rəngiylə boynunuzun rəngi fərqli tonlardadır
Səhv: Tonal kreminizin tonunu səhv seçmisiniz.
Çarəsi: Əvvəlcə kosmetika satılan mağazaya gedib bir neçə fərqli tərkibli və rəngli tonal kremləri ​​sınayın. Ən yaxşı ton çəkərək dəriyə yaydığınız zaman dərinizin rəngiylə qarışıb yox olan tondur.
Eyelineriniz gözlərinizi kiçik göstərir
Səhv: Eyelineri həm üst, həm də alt kirpiklərin dibinə qalın şəkildə sürtmüsünüz.
Çarəsi: Göz makiyajında ​​üst kirpik diblərinə diqqət yetirsəniz, istədiyiniz iri göz təsirini əldə edə bilərsiniz. Qələmi və ya eyelineri daxildən xaricə doğru diqqətəçarpan bir xətt formasında çəkin. Alt kirpik diblərini rəngləyərkən qələmi çox basmayın, sərt xətləri pambıq və ya fırçayla paylaşdırmaqla yumşaldın.
Dodaqlarınızın ətrafında dairəviləşmə olur
Səhv: Ya dodaq qələminizin rəngi çox tünddür, ya da dodaq boyanız dodaq qələmindən daha tez silinir. Bu səbəblə də dodaqlarınızın kənarı qələmlə çəkilmiş, amma içi boş bir şəkildə qalır və bu da çox pis görünür.
Çarəsi: Dodağınızın öz rənginə yaxın rəngdə olan dodaq qələmini xaricdən içəri doğru çəkin. Bunu düzgün formada etmək üçün əvvəl sol kənardan başlayıb ortaya gəlin, daha sonra eyni əməliyyatı sağ tərəflə də təkrarlayın. Daha sonra eyni əməliyyatı alt dodağınıza tətbiq edin. Sonra boyadığınız bölgənin içini yenə dodaq qələmiylə doldurun. Beləcə, üstə dodaq boyasını da sütdüyünüz zaman boyanın dodaqlarınızdan silinməsi həm daha gec, həm də bərabər şəkildə olacaq.