Qadin.NET / Makiyaj çantanızda nələr var?

Makiyaj çantanızda nələr var?

Qadınların makiyajlarına və kosmetik çantalarına nə qədər dəyər verdikləri hər kəsə bəllidir. Xüsusilə, önəmli gün və gecələrdə hər qadının makiyaj çantasının tam təşəkkül olması lazımdır və təcili vəziyyətlərdə həm gözəlliyinizi qorumaq, həm də çətində qalmamanız üçün bu çantanın doğru bir şəkildə hazırlanması böyük əhəmiyyət kəsb edir. Çünki, lazımlı vəsaitləri çantanıza qoyarkən, bir tərəfdən də gərəksizləri doldursanız, boş-boşuna yük daşımış olarsınız.

Makiyaj çantanızda nələr var?

Makiyaj çantasında nələr olur və makiyaj çantasında olması lazım olanlar nələrdir?- sualları sizi düşündürürsə, bu sualların cavabını sizlərlə bölüşəcəm. Aşağıda bəhs edəcəyim kosmetik vəsaitlərin minimum olduğunu nəzər alın. Əgər xüsusi məhsullar istifadə etməyi sevirsinizsə, onları da unutmamağınız lazım olduğunu bir daha xatırladaq.
İlk olaraq yanımıza alınması lazım olan vəsait təxmin edərsiniz ki, dodaq boyamızdır. Çünki, qadınların üzlərində ən çox diqqət çəkən orqanlardan biri məhz dodaqlardır. Hər vaxt təzə olması lazım olan dodaq makiyajınız hava şərtləri, yemək və içkilərlə pozula bilir. Makiyaj çantanızda saxlayacağınız favorit dodaq boyanız sizi bu dərddən qurtaracaq.

 

 

Makiyaj çantanızda nələr var?

 

Ayrıca xüsusilə çox isti və çox soyuq mühitlərdə dərinizdəki pozğunluqlar daha diqqətə çarpan hala gələcək. Bu vəziyyətin qarşısını almağın ən böyük yolu tonlaşdırıcı krem istifadə etməkdir. Hər vəziyyətdə və təcili qüsur gizləmə hadisələrində istifadə edilmək üzrə çantanızda ehtiyatda tapılacaq bir tonal krem xoş görünmək istədiyiniz anlarda köməyinizə çatacaq. 

Makiyaj çantanızda nələr var?

Nəmləndirici kremlər isə xüsusilə bütün gününü çöldə keçirən qadınların köməkçisidir- deyə bilərik. Davamlı olaraq avtomobil, külək, günəş, isti, soyuq və onlarla fərqli sərt şərait altında dəri dərhal özünü buraxmağa başlayır və quruyur. Bu isə qırışların əmələ gəlməsinə səbəb olur. Nəmlənən dəriniz bir tərəfdən sağlamlığını qoruyarkən, digər tərəfdən də üzünüzün yağ tarazlığının qorunmasına dəstək olur.
Əgər göz qələmindən istifadə edirsinizsə, seçiminizə görə bu vəsaiti də çantanıza əlavə edə bilərsiniz. Bunlar xaricindəki kosmetik baxım məhsulları məcburu deyil. Digər vəsaitləri götürüb, götürməmək sizin öz istəyinizdən asılıdır deyə bilərəm.

2 aprel 2016
GO BACK