Keçən xəbərimdə sizlərə sadə və eyni zamanda göz oxşayan göz makiyajlarını təqdim etmişdim. Asanlıqla özünüz də onu təkrarlaya bilərsiniz. Bildiyiniz kimi bu xəbərimdə də məqsədim bütün xanımların göz makiyajını asanlıqla öyrənib özlərinə tətbiq etməyi bacarmağıdır. Bunun üçün əvvəlcə tonal kremi çəkmək lazımdır. Sizlərlə balaca bir sirr bölüşmək istərdim. Tonal kreminizi üz nəmləndiricisi ilə əlinizin içində qarışdırıb sonra üzünüzə çəkin. Daha effektli olacaq.
Keçən xəbərimdə qaşlarımızı düzəldib daramağımızı yazmışdım. İndi isə aşağıdakı şəkildə hansı kistin hansı üz bölgəsi üçün olduğunu bildirəcəm.
Özümdən də bilirəm ki bir çox xanımlar gündəlik sadə makiyajı sevib bəyənirlər. Bacardığım qədər sadə makiyajları necə edəcəyimizi təqdim edirəm.
Bu şəkillərdə sadə makyajın edilmə qaydası ilə tanış olacaqsınız.
Layner gözlərimi qabarıq göstərir, qara qələmə üstünlük verirəm deyirsinizsə, buyurun baxın. Ət rəngi göz kölgəsi də yerinə düşür. Gözlərimizin mənasını artıran və eyni zamanda çox qabarıq olmayan sadə bir makiyaj.
Deyirsiniz ki, mən də eyni ilə bu cür bəzənirəm, amma belə effekt alınmır?! Unutmayaq ki bu şəkildəki gözlərin makiyajını tamamlayan qoyma kipriklərdi.
Sadə çəkilmiş laynerə çəhrayı rəng də ton qataq. Gözlərimizin üstü tünd rəngdədirsə, mütləq bunu açıq rəngli tonlarla ört basdır etməliyik. Əks halda bəzənməyimiz hədər gedər.
Çəhrayı rəngi sevirsinizsə, bu cür gözünüzü bəzəyib hər hansısa mərasim üçün qaşlar düzə bilərsiniz. Həm sadə, həm də qeyri-adi görsənən göz makiyajıyla hamını özünüzə asanlıqla cəlb edə bilərsiniz.
Və yaxud da qara kölgə ilə gözəl gözlərinizə bəzək verə bilərsiz. Unutmayaq ki bəzi xanımlarımız qara kölgəyə üstünlük verir və düz də edirlər. Çünki qara rəngdə göz kölgəsi hər bir geyimlə gedir.
Əziz xanımlar, sonda isə qarışıq bir tonlar. Əslində bu son deyil, gündən-günə hər birinizin zövqlərini öyrənməyə çalışıb ona əsasən xəbər hazırlamağa çalışacam.