Qadin.NET / Göz makyajı

Göz makyajı

 

Sizlərə bəzilərinin zövqünü oxşayan göz makyajını göstərəcəm. Hansı ki, siz özünüz də asanlıqla təkrar edə bilərsiniz. Bu şəkillər vasitəsi ilə bir çoxlarınız ideya sahibi olacaqsınız. Beləliklə, başlamazdan öncə tonal kremimizi, nəmləndiricimizi çəkməliyik. Sonra isə bildiyiniz kimi qaşlarımızı qələm vasitəsi ilə doldurub daramalıyıq.
 
 
 
İndi təqdim edəcəyim şəkildə gündəlik sadə göz makyajı var. Bildiyiniz kimi axır zamanlarda layner və qələm ilə göz makyajları çox aktualdır.
 



Çox az miqdarda bəzənməyi sevən xanımlarımız üçün də belə bir təklifim var. Ət rəngi ten, qələm və tuj.

Qızılı rəngi sevən xanımlar isə bu cür göz makiyajı edə bilər.

İşgüzar xanımlarımız əgər istəsələr bir az daha rəng qata bilərlər. Qeyd edim ki, bu il ət rəngi, kofe rəngləri daha çox dəbdədi.

Qara qələmin üstündən ağ qələm çəkmək də pis fikir deyil məncə?!
 
Qara qələm sadəcə çəkilmir, həm də kist vasitəsi ilə yaxsıca dəriyə hopdurulur. Buyurun baxın.

Ad gününə və yaxud hansısa şənliyə bu cur bəzənə bilərsiniz. 
 

Sadəcə qara kölgəli göz makiyajını sevən xanımlar, buyurun baxın.

 

Çəhrayi rəngləri sevən xanımlar üçünsə bu cur göz makyajı var.

Bənövşəyi rəngi sevirəm desəniz o da var! Bir çox şənliklərə özünüz eyniylə bu cür bəzənib gedə bilərsiz.
 
Gözəl xanımlarımız, həmişə gözəl qalın. 
23 mart 2013
GO BACK