Qadin.NET / Kosmetik vasitələrdən istifadə qaydaları

Kosmetik vasitələrdən istifadə qaydaları

Kosmetik vasitələrdən istifadə qaydaları

Ənlik və krişan

 Kirşan ən çox yayılmış kosmetik vasitədir. O, həm toz halında, həm də bərk kütlə (kompakt kirşan) halında olur. Adətən, sifəti krem çəkəndən, ya da qrimdən sonra kirşanlayırlar. Toz halında olan kirşanı dəriyə çəkmir, onu ancaq yüngülcə sifətə səpirlər.

Kosmetik vasitələrdən istifadə qaydaları
   Bərk kirşandan isə başqa cür istifadə edirlər-onu pambıq, ya da kirşan yastığı ilə götürüb yüngülcə dəriyə yeridirlər. Kirşanın artığını pambıq, fırça, ya da yumşaq şotka ilə götürürlər. Bərk kirşanı azca isladılmış yumşaq süngərlə sürtmək olar.
Kosmetik vasitələrdən istifadə qaydaları

Kirşandan istifadə istiqamətləri...
Ənlik həm krem kimi yağlı,həm də toz halında ola bilər.
 Yağlı ənlik normal və quru dəri üçün, quru ənlik isə yağlı dəri üçün nəzərdə tutulmuşdur.Yağlı ənliyi çəkməmişdən əvvəl
sifətə yağlı krem çəkir, sonra bir neçə yerə ənlik qoyub onu yüngül hərəkətlərlə elə sürtürlər ki, yanaqların dərisində ənlik olan yerlə olmayan yer arasında sərhəd görünməsin. Ənlik dəriyə gözəl çalar verməlidir,daha süni ənlik görkəmi yaratmamalıdır.
 Quru ənliyi başqa cür çəkirlər. Ondan əvvəl bütün sifət kirşanlanır (yanaqlara bir az çox çəkilməlidir), sonra pambıq ilə ənlik götürülüb yanaqlara elə çəkilir ki, ləkələr, ya da kəskin sərhəd görünməsin. Ənliyi tünd kirşan ilə əvəz etmək olar, ancaq o, dərinin rənginə uyğun seçilməlidir.
  Ənlik çəkilən nahiyə sifətin formasından asılıdır 
                                                                                                                                                                            
8 fevral 2013
GO BACK