Bu il makiyaj sadə və eyni zamanda da cazibədar olmalıdır. Əgər makiyajın üzdə daha gözəl görünməsini istəyirsinizsə, onda ilk növbədə dərini kosmetik südlə təmizləyin.
1. Seçdiyiniz tonal kremin üzdə təbii görünməsinə diqqət edin.
2. Açıq-qəhvəyi rəngli göz kölgəsindən istifadə edin.
3. Göz qələmini nazik çəkin.
4. Tuşdan az istifadə edin.
5. Makiyaj zamanı dəri rənginə uyğun kirşan vurun.
6. Bu il açıq-qəhvəyi,qum rəngli ənliklər dəbdədir. Ənliyi yanaqların üst tərəfinə yayın.
7. Açıq-qəhvəyi dodaq boyasından istifadə edin.
2013-cü ilin dəbi
· Qaşların təbii rəngdə olmasına fikir verin.
· Rəngli göz çalarları əvəzinə qara və ya qəhvəyi qələmdən istifadə edin.
· Ancaq pastel rəngli göz kölgələri dəbdə olacaq.
· Göz makiyajı solğun olduğu üçün tünd dodaq boyaları aktualdır.
Bu qışın ən dəbli dodaq boyaları
Al-qırmızı
Şərab rəngi
Qəhvəyi
Açıq-qəhvəyi
Narıncı
Yaşıl gözlü xanımlar üçün
Onlar hər tip makiyajdan istifadə edə bilmirlər. Aşağıdakı məsləhətlərə əməl etməklə baxışlarını daha füsunkar edə bilərlər.
* Yalnız bej və çəhrayı rəngli göz kölgələrindən istifadə edin. Gözün üstünə azca qızılı kölgə çəksəniz, daha dəbli görünəcəksiniz.
* Əsasən kirpiklərə həcm verən tuşdan istifadə edin. Beləcə, göz rənginiz daha parlaq olacaq.
* Yaşılgözlü xanımlar kərpic rəngli ənlikdən istifadə etsinlər.
* Əgər kirpikləriniz rənglidirsə, onda boz və ya qəhvəyi rəngli tuşdan istifadə etməniz məsləhətdir.