Makiyaj etməyi, özünə baxan və gözəlliyinin qədrini bilən hər bir qadın sevir.Əgər pomadanızı bədən və saç rənginizə görə seçsəniz məqsədə uyğun bir qərar vermiş olacaqsınız.
Mağazalarda fərqli brendlərin fərqli pomada rəngləri vardır.Düzgün seçim etmədən çəkilən pomada rəngi uzaqlaşdırıcı bir görünüşə səbəb olar.
Bədən rəngi açıq rəng olan xanımlar:
Əgər çox tünd rəngdə olan pomadalardan istifadə edərsə, o zaman olduğundan daha yaşlı görünər.
Bədən rəngi tünd rəng olan xanımlar:
Əgər tünd bir dəri rənginə sahibsinizsə, istifadə edə biləcəyiniz çox rəng var. Qəhvəyi , qırmızı, bənövşəyi,bej və narıncı…Belə dəriyə sahib olanlar parlaq narıncı,çəhrayı ya da çox tünd qırmızı rəng pomadalardan uzaq dayanmalıdırlar.Qəhvəyi rəngin hər hansı bir tonu, gül qurusu ya da çiyələk rəngi də sizə çox yaraşacaq.
Orta tonlar :
Əgər dəri rənginiz ortadırsa, qızıl tonları və qırmızının bütün tonları sizin üçün uyğundur ! Yasəmən rəngini də seçim edə bilərsiniz. Dərinizi işıqlandırmaq üçün tünd qırmızı işə yaraya bilər.Qəhvəyi rəngin tonlarından və çəhrayı rəngdən də istifadə edə bilərsiniz.
Bədən rəngi açıq rəng olan xanımlar:
Əgər açıq dəri rənginə sahibsinizsə, bej tonları, mərcan və açıq çəhrayı rəngdə olan pomadalar sizə uyğundur. Şəffaf rəngdə olan pomadalar da dodaqlarınızda gözəl görünəcək. İsti çəhrayı və narıncı rəngə yaxın qırmızılardan qaçın. İşıltılı qırmızı və şərab qırmızısı dərinizə bir az rəng və işıltı əlavə etmək üçün idealdır.
Əziz xanımlar, bəs sizin pomada rənginiz nədir?