Bu tip üz quruluşuna sahib olan xanımlar tonal kremdən istifadə edərlərsə, açıq rəngli və ya təbii görünüşü olan tonal kremlərdən istifadə etməlidirlər. Gözlərin və dodaqların eyni anda ön planda olduğu makiyajlardan uzaq dayanmalıdırlar. Əgər gözləri vurğulamaq istəyirsinizsə, o zaman dodaqlara təbii kölgələr tətbiq olunmalıdır. Əgər dodaq boyası tünd tonlardadırsa, açıq rəngli göz boyaları seçilməlidir.
Kvadrat formalı üzlər
Bu tip üzlərdə tünd tonlarda tonal kremlər istifadə edilməlidir. Almacıq sümüklərinin üst kənarına ənlik çəkərək, üzün yumru görünməsini təmin edə bilərsiniz. Alın və burun hissəyə istifadə olunan tonal kremlərin fərqli iki tonunun qarışdırılaraq çəkilməsi mükəmməl bir görünüşə qovuşmanızı təmin edəcək.
Çənə və alın hissəsində tünd, üzün qalan hissələrində açıq tonda tonal kremlərdən istifadə edilməlidir. Üzündə oval görünüş əldə etmək istəyənlər ənliyi uzunsov formada çəkməlidir.
Üçbucaq formalı üzlər
Doğru makiyaj texnikasıyla üzünüzə oval forma verə bilərsiniz. Bunun üçün çənə və alın hissəsinə diqqət yetirmək lazımdır. Tonal kremi təbii tonlarda seçməli, yanaq üçün isə açıq rəngli ənliklərdən istifadə etməlidirlər. Üçbucaq formalı üzlərdə göz ətrafını vurğulamaq əhəmiyyətlidir. Buna görə də tünd rəngli göz makiyajı seçilməlidir. Cəlbedici gözlərə sahib olmaq üçün yaxşı bir tuş və eyeliner yetərlidir.