Qadin.NET / Gözəllərin sırasına qoşulmaq üçün fürsət var

Gözəllərin sırasına qoşulmaq üçün fürsət var

Gözəllərin sırasına qoşulmaq üçün fürsət var

 

   Xanımlar bütün zamanlarda gözəl görünmək istəyirlər. Bu istəklərinə çatmaq üçün isə hansı üsullara əl atmırlar? Sabunu şamda hisə verib, diş fırçası ilə kirpiklərə sürtürlər, yanaqlarını çuğundur şirəsi ilə silirlər, dodaqlarının qırmızı görünməsi üçün isə acı istiotdan belə istifadə edirlər (bunları heç vaxt eşitməmişdim).

   Dövran dəyişdikcə yeni kosmetik vasitələr daha gözəl görünməkdə xanımlarımıza yardımçı olur. İndi qadınların əsrarəngiz görünməsi üçün hər cür şərait var. Sadəcə, makiyaj və kosmetik vasitələrdən düzgün istifadə etməyi bacarmaq lazımdır. Makyaj etməzdən öncə bir neçə məsələyə fikir vermək əsas şərtdir: məsələn, dərinin quru və yağlı olması, rənginə düşən ənlik-kirşanı və dodaq boyasını seçməkdə yanılmamaq və s. Bunları bilməlkə qüsursuz görünəcəyinizə tam əmin ola bilərsiniz. Bundan başqa aşağıdakı qaydalara əməl etsəniz peşman olmazsınz:

 

~ Kosmetikanın inkaredilməz bir qaydası var - çəkilən kosmetika üzdə nəzərə çarpmamalıdır. Tonal kremdən çox istifadə etmək lazım deyil, belə kremlər dəridə hiss olunmayacaq qədər olmalıdır.

 

~ Kremi və ya hər hansı bir kosmetik vasitələri əllə sürtdükdə bu makiyajın kələ-kötür və səliqəsiz olmasına gətirib çıxarır. Ən yaxşı çıxış yolu kosmetik süngərlərdən istifadə etməkdir.

 

~ Kirşanı alın, burun və almacıqlara çəkərkən daha diqqətli olun.

~ Kirşanı xüsusi kistlərlə (şotkalarla) çəkin.

~ Göz ətrafları çox yağlı olmamalıdr. Əks halda siz yorğun görünəcəksiz.

~ Göz kölgələrindən çox istifadə etməyə ehtiyac yoxdur. Qalın göz kölgələri səliqəsiz görünür və qırışları büruzə verir.

 

~ Makiyajın süni və cansız görünməməsi üçün sadəcə bir detalı, məsələn, gözləri nəzərə çarpdırmaq yetər ki, gözoxşayan görünəsiniz.

~ Makiyaj edərkən yaşınızı və getdiyiniz məkanı unutmayın. Gözəl, əsrarəngiz və baxımlı görünmək istəyirsinizsə, bu məsləhətlərdən dəyərlənin.

27 fevral 2013
GO BACK