Qadin.NET / Makiyajda rəng çalarlarının seçimi

Makiyajda rəng çalarlarının seçimi

 

      Ən çox istifadə olunan kosmetik vasitələrin rəng çalarlarından daha rahat istifadə məqsədilə müxtəlif qadınlar üçün rəng dəstinin düzəldilməsini nəzərdən keçirək. Təbii ki, bu tövsiyələr ancaq istiqamətverici xarakter daşıyır.

     Gözləri göy, dərisi ağ olan sarışın xanımlar.

Kirşan - azca çəhrayıya çalan açıq rəngli.

Dodaq boyası - çəhrayı.

Ənlik - çox açıq rəngli, çəhrayıya çalan.

Qaşlar üçün karandaş - boz.

Sürmə - mavi, boz, gümüşü.

Kipriklər üçün tuş - mavi ya da tünd-göy.

                                  

Dərisi və saçlari tunc rəngə çalan qonur ya da yaşıl  gözlü  xanımlar. 

Kirşan - qızılı rəngə çalan, ya da açıq qəhvəyi.

Dodaq boyası - mərcana çalan.

Ənlik - dodaq boyasından bir qədər açıq rəngli.

Qaşlar üçün karandaş - qəhvəyi.

Sürmə - göz rənginə uyğun, yaşıl ya da qəhvəyi.

Kipriklər üçün tuş - qəhvəyi ya da qara.

Göygöz, dərisi ağ olan , qara saçlı xanımlar.

  

Kirşan - açıq çəhrayı.

Dodaq boyası - bənövşəyi-çəhrayı, ya da moruğu-qırmızı.

Ənlik - dodaq boyasından bir az açıq.

Qaşlar üçün karandaş - qara.

Sürmə - mavi, ya da boz.

Kipriklər üçün tuş - tünd-göy, ya da qara.

 

Qara gözlü,qarabuğdayı ,qara saçlı xanımlar 

Makiyajda rəng çalarlarının seçimi

Kirşan - qızılı-ərik, zeytun rəngli ya da bozumtul.

Dodaq boyası - qırmızı ya da albalı rəngdə.

Ənlik - sarıya çalan qırmızı.

Qaşlar üçün karandaş - qara.

Sürmə - göz rəngində ya da yaşıl.

Kipriklər üçün tuş - tünd göy ya da qara.

                          

Göy  ya da qonur gözləri olan, ağ dərili, qızılı kürən saçlı xanımlar. 

Makiyajda rəng çalarlarının seçimi

Kirşan - açıq, dəri rəngində ya da sarıya çalan rəngdə.

Dodaq boyası - yerkökü rəngində ya da bənövşəyi-çəhrayı rəngdə.

Ənlik - dodaq boyasından bir az açıq

Qaşlar üçün karandaş - açıq qəhvəyi rəngdə.

Sürmə - mavi, boz, bənövşəyi rənglər.

Kipriklər üçün tuş - qəhvəyi.

                                     

Yaşıl ya da ala gözlü,qəhvəyiyə çalan kürən saçlı xanımlar. 

Makiyajda rəng çalarlarının seçimi

Kirşan - dəri rəngdə.

Dodaq boyası - qırmızı, ya da yerkökü rəngdə.

Ənlik - dodaq boyasından bir qədər açıq.

Qaşlar üçün karandaş - qəhvəyi.

Sürmə  - sürmə gözlərin rənginə uyğun.

Kipriklər üçün tuş - qəhvəyi.

                                               

  Ağ dərili, qara saçlı  xanımlar.

Makiyajda rəng çalarlarının seçimi

Kirşan - qızılı ya da şaftalı rəngdə.

Dodaq boyası - açıq qırmızı ya da kərpici qırmızı (qara gözlərdə), çəhrayı (açıq gözlərdə).

Ənlik - dodaq boyasından bir qədər açıq rəngdə.

Qaşlar üçün karandaş - qara.

Sürmə - gözlərin rənginə uyğun.

Kipriklər üçün tuş - qəhvəyi, qara ya da tünd qəhvəyi.

                              

Daima gözəl qalmaq arzusu ilə. 

                        

27 yanvar 2013
GO BACK