Qadin.NET / Yaşlı görünməyinizə səbəb olan makiyaj xətaları

Yaşlı görünməyinizə səbəb olan makiyaj xətaları

Həddindən artıq tonal krem çəkmək

Üzünüzə gözəl görüntü vermək istəyərkən hamı səhv edir. Xüsusilə, yalnış rəngdə tonal krem seçib, həddindən artıq miqdarda üzə çəkdikdə istəmədiyimiz bölgəyə daha çox diqqət çəkmiş oluruq. Makiyaj ustaları qatı tonal krem yerinə, maye və asan yayılan tonal kremlərə üstünlük verməyi tövsiyə edirlər.

Alt kirpiklərə tuşu çox çəkmək

Göz altına həddindən artıq tuş çəkmək və gözlərin kənarını vurğulamaq, baxışlarınıza fərqli məna yükləyə bilər. Amma eyni tuş qırışlara da vurğu edəcək. Gözün ətrafında nə qədər cızıq varsa, onları üzə çıxarmış olacaqsınız.

Yalnış rəng çalarında dodaq boyası seçmək

Dəri rənginizə uyğun olmayan dodaq boyası yalnış seçimdir. Dodaqlarınız nazikdirsə, tünd rəngli dodaq boyalarından qaçmalısınız. Bu dodaq boyaları dodaqlarınızı daha da nazik göstərəcək.

Yalnış göz teni tətbiqi

Teni göz qapağının bütününə çəkmək, yaşlı görünmənizə səbəb olacaq. Bu makiyaj xətasıdır. 

Almacıq sümüklərinin tam üstünə ənlik çəkmək

Ənlikdə tünd rənglərdən vidalaşmağın vaxtı çoxdan çatıb. Açıq çəhrayi və şaftalı kimi açıq çalarlara üstünlük verməlisiniz. Bu çalarlar daha gənc və təbii görüntü yaradır. Ənliyi almacıq sümüklərinin tam üstünə deyil, yana doğru çəkməlisiniz.

14 avqust 2020
GO BACK