1. Dərinizi nəmləndirin
Makiyaj etmədən əvvəl dərinin təmizlənmiş olması çox vacibdir. Makiyajın qalıcılığını artırmaq və dərinin daha sağlam görüntü qazanması üçün nəmləndirici kremlərdən faydalana bilərsiniz.
2. Dəri tonunuzu eyniləşdirin
Parlaq makiyaj görüntüsü yaratmaq üçün dəri rəngini üzün bütün bölgəsində eyniləşdirmək lazımdır. BB krem və ya tonal kremlə dərinizin tonunu bərabərləşdirə bilərsiniz. Məhsulun mat olmasına diqqət edin. Bu makiyaj üçün kontur və ya bronzlaşdırıcı istifadə etməyin
3. Təbii ənlik
Canlı görüntü əldə etmək üçünn təbii tonlarda ənlik istifadə edə bilərsiniz. Ağ rəngli dəriyə sahib olanlar çəhrayı, əsmər və narıncı dəriyə sahib olanlar qəhvəyi rəngli ənlik istifadə etməlidir.
4. Göz makiyajı
Xəfif göz makiyajı etməyə diqqət edin. Ağır göz makiyajı nəmli görüntü makiyajında yaxşı görünməyəcək.
5. Parıltı
Təbii işığı düşdüyü yerlərdə qaşaltı, burun və dodaq üstü, almacıq sümükləri, çənə və T bölgəsində parıltı istifadə edin.