Qadin.NET / Dodaq makiyajında nəyə diqqət etməli?

Dodaq makiyajında nəyə diqqət etməli?


1. Dəri rənginizə görə qırmızının uyğun çaları
Qırmızı rəngin fərqli çalarları var. Əgər dəri rənginiz açıqdırsa, qırmızın daha açıq çalarları sizə uyğundur. Dərinizin rəngi tünddürsə, narıncı və ya qəhvəyi çalarlı qırmızı dodaq boyalarına üstünlük verin.

2. Parlaq dodaq boyasından qaçın
Qalıcı təsir yaratmaq üçün parlaq dodaq boyasından uzaq olun. Makiyajınızın qüsursuz görünməsini istəyirsinizsə, yağlı yerinə quru və mat dodaq boyalarına üstünlük verin.

3. Dodaq pilinqi
Makiyajınızın qüsursuz görünməsini istəyirsinizsə, dodaq pilinqini göz ardı etməyin. Dodaq pilinq üçün bal, şəkər və ya şəkər, zeytun yağından istifadə edə bilərsiniz. Hazırladığınız qarışımı dodaqlarınıza xəfif masajla çəkin. Durulayın və nəmləndirin.

4. Dodaq boyasını fırça ilə çəkin
Dodaq boyasının qalıcı olması üçün dodaq boyasını dodaq fırçası ilə çəkin.

5. Dodaqlarınızla dırnaqları uyğunlaşdırın
Klassik qırımızı həm dodaqlarda, həm də dırnaqlarda xoş görüntü yaradır. Qırmızı dodaq boyası ilə qırmızı dırnaq boyası istifadə edə bilərsiniz.


13 iyun 2020
GO BACK