Qadin.NET / Makiyaj zamanı edilən səhvlər

Makiyaj zamanı edilən səhvlər

 

1. Səhv tonal kremdən istifadə etmək

 

Makiyaj zamanı edilən səhvlər

 

 

Makiyajın əsas vasitələrindən biri  tonal kremdir. ancaq həm dəri tonunuza, həm də dəri tipinizə uyğun tonal kremi tapmaq olduqca çətindir. Bundan əlavə tonal kremin istifadə qaydası da olduqca əhəmiyyətlidir. Soldakı şəkildə Amber Heard 32 yaşındadır. Ancaq qalın tonal krem təbəqəsi üzdəki bütün qırışları, ən kiçik olanları belə vurğulanmış və 10 yaş daha qoca görünməsinə səbəb olub.  Digər şəkillərdə isə Amber Heard olduqca gənc görünür. Bunun səbəbi düzgün çəkilmiş tonal kremdir. Qoca görünməmək üçün etməli olduğunuz şeylər:

 -Dəri tipinizə və tonunuza uyğun tonal krem seçin

 -Qalın çəkməyin, bu üzünüzdəki bütün qırışları aşkar edər

 -Tonal krem sadəcə dərinizi daha canlı göstərməlidir, dəri tonunuzu gizlətməməlidir

 -Tonal kremdən əvvəl dərinizi yaxşıca təmizləyib, nəmləndirməlisiniz

 

2. Şişirdilmiş kontur istifadəsi

 

Makiyaj zamanı edilən səhvlər

Kontur neçə illərdi istifadə edilir. Burda əsas olan konturu şişirtməmək və düzgün yerlərə çəkməkdir. 13 il əvvəllə aid olan bu şəkil, makiyajınızı necə istifadə etməməli olduğunu göstərir. 

 -Kontur artıq trend deyil, amma istifadə etmək istəyirsinizsə, düzgün rəngi seçin və dərinizin tonundan daha tünd rəng olmalıdır. Amma azca kölgə verməlisiniz.

 

3. Parlaq makiyaj vasitələrini nizamlı istifadə etmək 

 

Makiyaj zamanı edilən səhvlər

Parıltılı məhsullar əlbətdəki hamının marağını çəkir. Simli dodaq boyaları, bir-birindən parıltılı tenlər. Ancaq bunların düzgün istifadə edilməməsi nəticəsində Katherine Zeta-Jonesin necə qoca göründüyünə baxın. 

- Əvvəlcə makiyaj sənətkarlarının parıltılı məhsulları, yetkin dərilərə istifadəsinin səhv olduğuna inanır.

- Parıltılı məhsullar sizi olduğunuzdan daha qoca göstərə bilər

- Bu məhsullar işıqda pis görünə bilər, çünki dəri qüsurlarınızı üzə çıxarır.

25 fevral 2020
GO BACK