Qadin.NET / Dünyanın fərqli yerlərində makiyaj trendi

Dünyanın fərqli yerlərində makiyaj trendi

 

1. İtaliya: Cəsarətli dodaq boyası

Dodaq boyası makiyajın tamamlayıcısıdır. Son bir neçə ildir, nude və yumşaq rənglər ön planda idi. Ancaq bu il İtaliyada cəsur dodaqlar dəbdədir. Milanoda yaşayan makiyaj sənətkarı Luca Cianciolo, 2020-də dodaqların diqqət mərkəzində olacağını deyir. İtaliyada, mavi, yaşıl, bənövşəyi hətta qara kimi rənglər dəbdə olacaq.

 

Dünyanın fərqli yerlərində makiyaj trendi

 

 

2. İngiltərə: Ənlik əfsanəsi 

Rihanna 2017 Met Galada qırmızı xalçada çəhrayı parlaq ənliklə göründükdən bəri ənlik makiyaj dünyasına geri qayıtdı. Bütün makiyaj həvəskarlarının sevimli məhsulluna çevrildi. Bu ildə ənliyin dəbdə olacağını deyirlər.

 

Dünyanın fərqli yerlərində makiyaj trendi

 

 

3. Avstraliya: Qara Layner forma dəyişdirir

Keçən il, göz makiyajı yaradıcılığa meyilli idi. Makiyaj ustalarından Janelle Han, fərqli göz qələmi formalarını yoxlamağı sevdiyini qeyd edir. Laynerlə şəxsi tərzinizi yarada bilərsiniz.

 

Dünyanın fərqli yerlərində makiyaj trendi

 

 

4. Tayland: Canlı rənglərlə göz makiyajı

Asiyada göz makiyajına canlı rənglər hakimdir. Xüsusilə, tünd rəngli saça və gözlərə sahib olan taylandlılar, qırmızı, mavi, yaşıl və bənövşəyi rənglərə üstünlük verirlər. Kirpikləri buraraq daha gözəl makiyaja sahib ola bilərsiniz.

 

Dünyanın fərqli yerlərində makiyaj trendi

 

23 yanvar 2020
GO BACK