Lazer epilasiyası bədəndə istənməyən tüklərin kökün lazer şüaları ilə yox edilməsinə kömək edir. Lazer epilasiyasına getmədən əvvəl nələri bilməlisiniz?
- Lazer epilasiyası tətbiq etdikdən sonra dəniz, hovuz və həddindən artıq günəş şüalarına məruz qalmaq dəridə mənfi reaksiyaların yaranmasına səbəb ola bilər.
- Temperatur və iltihab kimi infeksiyası göstəriciləri varsa, lazeri tətbiq edən şəxslə əlaqə saxlayın.
- Lazer epilasiyası tətbiq edilən yerinə təmiz olmasına diqqət edin. Başqalarının bakteriyaları sizə keçərək göbələk, sızanaq kimi problemlərlə üzləşə bilərsiniz.
- Üzünüzə epilasiya etdirmək istəyirsinizsə, əvvəlcə mütləq dəri həkimi ilə məsləhətləşməli, sonrasında tonal krem kimi məhsullardan istifadə etməməlisiniz.
- Təsirli və etibarlı olması üçün tük və dəri tipinin müəyyənləşdirilməsi: dəri rəngi, tük çoxluğu, tük rəngi və qalınlığına baxaraq, düzgün cihaz və enerji dərəcəsi müəyyən edilməlidir.
- 1-2 aylıq aralıqda ortalama 6-8 seans arasında, üzdə isə 10-12 seans arasında nəticə verən lazer epilasiyası, bölgənin genişliyinə görə müalicə bir neçə dəqiqədən bir neçə saata qədər çıxa bilər.