Qadin.NET / Qaşların və kirpiklərin rənglənməsi uzadılması (2)

Qaşların və kirpiklərin rənglənməsi uzadılması (2)

Qaşların və kirpiklərin rənglənməsi uzadılması (2)

Kirpiklərin uzadılması zamanı “təbii” (heyvanların tükləri, ipək lifləri) və ya süni (neylon lifləri) kirpiklərdən istifadə olunur. Təbii kirpiklər daha baha olur. Ancaq onu da qeyd etmək lazımdır ki, süni neylon liflərdən istifadə olunduqda, onların gözə düşməsi nəticəsində allergiyanın əmələ gəlməsi təhlükəsi də mövcuddur.

Uzadılan kirpiklərin tökülməsi prosesi tədricən, ətrafdakılar üçün nəzərə çarpmadan baş verir.

Əlbəttə ki, uzadılan kirpiklərlə ehtiyatla davranmaq lazımdır. Bu zaman ən əsas qayda göz qapaqlarına və kirpiklərə mümkün qədər az toxunulmasıdır. Yuyarkən gözləri ovxalamaq olmaz. Bu zaman yalnız yağsızlaşdırılmış lasyon və ya kosmetik süddən istifadə etməklə gözləri səliqə ilə təmizləmək lazımdır. 

Qaşların və kirpiklərin rənglənməsi uzadılması (2)

Göz qapaqları və kirpiklər üçün nəzərdə tutulmuş yağlı kremlərdən və yağlardan istifadə etmək olmaz. Arxası üstə olmaqla səliqə ilə yatmaq da arzu olunandır. Əgər siz kantakt linzalardan istifadə edirsinizsə, hamam və saunaya tez-tez gedirsinizsə, sizin yapışdırılmış kirpiklərinizin qalma müddəti də qısalmış olur.

Əlbəttə ki, qaşların rənglənməsi, kirpiklərin rənglənməsi, burulması və ya uzadılması qərarına gəldikdə, yalnız müasir kosmetik salonlara müraciət etmək lazımdır. Məhz belə müasir yerlərdə, kirpiklərinizin və qaşlarınızın daha yüksək səviyyədə gözəlləşdirilməsi üçün ən qoruyucu hesab edilən üsullardan, daha müasir və təhlükəsiz kimyəvi boyalardan istifadə etməklə, sizə xidmət göstərilə bilər. Hər halda, istənilən dekorativ proseduraları ehtiyatla, tez-tez təkrarlamadan etmək tövsiyə olunur, əks halda qaşlarınızın və kirpiklərinizin zərif tükləri seyrələ və quruya bilər.

14 noyabr 2016
GO BACK