Yaxın zamanlarda kosmetoloji aləmdə, xoşagəlməz yaş dəyişiklikləri olan qırışlarla mübarizə üçün yüksək effektivliyi ilə seçilən yeni prosedur icad olunmuşdur.Fəaliyyət metodikasının iş prinsipi, üz sinirlərinin dondurulması üzərində qurulduğundan, ona Frotox adı verilmişdir.
Artıq uzun zamandır ki, mütəmadi olaraq tibb sahəsinin yenilikləri ilə qarşılaşırıq. Bu yenilik isə, dəriyə ekstremal alçaq hərarətin, nöqtəvi istiqamətləndirilmiş fəaliyyətidir. Adından da bəlli olduğu kimi bu proseduru, Frozen- dondurulmuş və qırışlar üçün istifadə olunan botoksun preparatının birləşməsindən əmələ gəlib. Kroineyromodulyasiya, adi yazan qələmi xatırladan xüsusi ucluqla həyata keçirilir. Hər biri 30 saniyə müddətində, dəri sinirinə istiqamətləndirilən soyuq impulslar o hissənin qırışlarının hamarlaşmını təmin edir.
Bu günə qədər Fotoksun sınaqları bir qrup könüllü üzərində keçirilir. İştirakçılara, əldə olunan nəticələr haqda hər hansı bir məlumatı yaymaq qadağan olmasına baxmayaraq, əldə olunan məlumatlara görə, metodikanın 3 əsas təsir cəhəti bunlardır:
— birinci cəhəti odur ki, sınaqda iştirak edən hər bir iştirakçının qırışları hamarlanıb, yəni təsir gücü effektivdir.
— ikinci olaraq, Botoks-dan fərqli olaraq, bu məhsulda nəticə dərhal baş verir.
— üçüncü cəhəti isə əks təsiri, Botoksda olan təsirlərdən fərqlənməyərək, yüngül baş ağrısı, ümumi nasazlıq kimi hallarla müşahidə olunmasıdır.
Sadalanan cəhətlərdən bəlli olur ki, Frotox, ciddi əks göstəriş və ağırlaşma verməyən, effektiv nəticə verən kosmetoloji prosedurdur. Əlavə sınaqların bitdiyi və tam olaraq müsbət nəticələndiyi zaman bu prosedur ilk olaraq,qərbi Avropa salonlarında öz istifadəsinə başlayacaq.