Qadin.NET / Dəri ləkələrini necə aradan qaldırmaq olar?

Dəri ləkələrini necə aradan qaldırmaq olar?

Dəri ləkələrini necə aradan qaldırmaq olar?

Hər cür dəri ləkəsinin aradan qaldırmaq üçün təbii maskalar !

Günəş ləkələrini aradan qaldıran soda maskası, bu ləkələr üçün möcüzə bir həlldir. Duman Kayanın bu təbii maskası  dərisni soyar və dərinin ləkələrini məhv edər.

1 qaşıq süzmə qatığa yarım çay qaşığı soda tökün. 1 çay qaşığı da misir unu əlavə edib qarışdırın. Bu maskanı ləkəli dərinizə tətbiq edib dərinizin həssaslığına görə təyin edəcəyiniz uyğun müddət dərinizdə gözlədin. Həssas dərilər üçün ən çox 5 dəqiqə gözlədin. Yoxsa dəriniz yana bilər. Daha sonra soyaraq çıxarın və soyuq suyla yüzünüzü yuyun.

Limon, bal və qatıq qarışığıyla hazırlanan baxım maskası; həftədə 1 dəfə tətbiq olunduğunda dəri ləkələrinin azalmasına köməkçi olur. 1 yemək qaşığı süzmə bal, 2 yemək qaşığı qatıq və 1 çay qaşığı limon suyunu qarışdırın. Qarışığı; dəri ləkəsi olan bölgəyə sürtün. 15 dəqiqə gözləyib ilıq suyla durulayın.

Tərkibindəki C vitamini ilə dərini qidalandıran çiyələk; dəri ləkələrinin yox edilməsi üçün də təsirlidir. Mövsümündə, həftədə 1 dəfə tətbiq edə biləcəyiniz çiyələk maskası; dəri ləkələrinin azalması üçün köməkçidir. 5 ədəd çiyələyi çəngəllə əzərək püre halına gətirin və 2 yemək qaşığı ilıq südlə qarışdırın. Dəri ləkəsi olan bölgəyə masaj edərək sürtün. 20 dəqiqə gözləyib ilıq suyla durulayın.

Dəri ləkələrini necə aradan qaldırmaq olar?

Çay ağacı yağı; təbii məhsul satışı ilə məşğul olan dükanlarda  ala biləcəyiniz, dəri baxımında təsirli olan bitki mənşəli yağlardan biridir. 5 damcı çay ağacı yağı və 1 damcı lavanta yağını qarışdırın. Qarışığı pambıq köməyiylə dərinizə tətbiq edin və 20 dəqiqə gözlədin. Müddətin sonunda ilıq suyla durulayıb qurulayın.

Dəridə yaranan qaralmalar üçün maska

Kirşan, bal və limon suyuyla hazırlanan maska köməyinizə çatacaq. 1 yemək qaşığı körpə kirşanı; 1 yemək qaşığı süzmə bal və 1 çay qaşığı limon suyu ilə qarışdırın. Alınan qarışığı qaralma və ləkə olan bölgəyə masaj edərək sürtün. 20 dəqiqə gözləyib ilıq suyla durulayın.

29 aprel 2016
GO BACK