Qadin.NET / Botoks təsirli təbii maskalar

Botoks təsirli təbii maskalar

Botoks təsirli təbii maskalar

Bütün dəri tiplərinə uyğun badımcan maskası ilə üzünüz mikroblardan təmizlənəcək, dəriniz ehtiyacı olan nəm nisbətini alacaq və canlılıq qazanacaq.

Təbii maskalar tez təsirli olub dərini nəmləndirir, yeniləyir və qırışları aradan qaldırır. Qəbul etdikləri maddələrə görə dəridəki funksiyaları da dəyişir. Kimi üçün yağlı dərilərə yaxsı təsir edərkən, kimi üçün quru dərilərə nəm qazandırır.

Dəri tipinizə uyğun olmayan maddələri qəbul edən bir maska, dərinizə zərər verə bilər. Məsələn: quru dəriliysəniz, limon və qreypfrut kimi sitrus bitkilərindən uzaq dayanmanızda fayda var.

Xüsusilə içində olduğumuz bu günlərdə çirkli havaya, sərt küləklərə və siqaret tüstüsünə məruz qalan dəriyə maska tətbiq etmək çox faydalıdır. Çünki maskalar dəriyə dərində təsir edir. Maskanı dərinizin vəziyyətinə görə həftədə bir və 15 gündə bir tətbiq edə bilərsiniz.

Badımcan maskasını yağlı, quru və qarışıq dərilərə tətbiq edə bilərsiniz. Dərinizin nəfəs aldığını və parıldadığını hiss edəcəksiniz.

Badımcan maskası etmək üçün lazım olanlar:

Yarım badımcan

Qaymaq

1 diş sarımsaq

Hazırlanması:

Badımcanı dilimləyin və suda qaynadın. Hazırlanan qarışığa bir diş sarımsaq əlavə edərək sıyıq halına gətirin və qaymaq qatılaraq krem halına gələnə qədər qarışdırın. Bu qarışıq 2 ay boyunca hər gün edilməlidir.

Bədəndəki mikrobları öldürməkdə, üzə canlı bir görünüş verməkdə və dərinizi nəmləndirməkdə təsirlidir.

Botoks təsirli təbii maskalar

Botoks təsirli təbii maska:

Lazım olanlar

1 yumurta sarısı

1 ç.q. süd

1 ç.q. bal

1 çimdik duz 

1 ç.q. limon suyu

Hazırlanması:

Hamısını qarışdırıb və əvvəldən təmizlədiyiniz dərinizə hazırlamış olduğunuz qarışığı göz altları xaric bütün üzünüzə yayacaq formada tək qat sürtün. 10 dəqiqə gözlədikdən sonra üstünə bir qatda sürtün və yenə həmin qaydayla edin. Cəmi 3 qat maska sürtdükdən sonra dərinizdə 30 dəqiqə gözlədin və üzünüzü ilıq su ilə yuyun.

6 aprel 2016
GO BACK