Qadin.NET / Yumşaq görünüşlü dodaqlar üçün maska

Yumşaq görünüşlü dodaqlar üçün maska

 

Yumşaq görünüşlü dodaqlar üçün maska

 

Xüsusilə indiki soyuq qış aylarında quru hava səbəbiylə dodaqlarımız çatlayır və quruyur. Yumşağlığını itirən dodaqlar baxımsız və pis bir görünüşə səbəb olur. Hələ dodaq boyası və ya parladıcı çəkmişiksə, çatlayan hissə daha diqqətə çarpan bir hal alır. İndi ölü dərilərdən xilas ola biləcəyiniz bir neçə maska reçepti birdən verəcəyəm. Tərtəmiz və hamar dodaqlar üçün bu maskaları tətbiq etməyiniz məsləhətdir.

Yumşaq dodaqlar üçün maska reçepti

1 çay qaşığı şəkər tozu
1 çay qaşığı bal
Hazrlanma qaydası:
Şəkərlə balı kiçik bir qabda qarışdırıb dodaqlarınıza çəkin. 10-15 dəqiqə gözlədin. İlıq suyla yuyun.
Yumşaq görünüşlü dodaqlar üçün maska

Yumşaq dodaqlar üçün maska vəsaitləri: 
200 qram süsam yağı,
50 qram bal şamı.
Hazrlanması:
Əvvəlcə bal şamını benmari üsulu iıə əridin. İçinə susam yağını əlavə edin. Hər gün dodaqlarınıza çəkin. Bir müddət gözlətdikdən sonra ilıq suyla yuyun.
Yumşaq görünüşlü dodaqlar üçün maska

Başqa bir resept
1 yumurta sarısı
5 qr yulaf
Hazırlanması:
Yumurtayla yulafı qarışdırıb dodaqlarınıza çəkin. 10 dəqiqə gözlətdikdən sonra ilıq suyla yuyun.
Qəhvə çöküntüsü maskası necə hazrlanır?
Parlaq bir dəriyə sahib olmağı kim istəməz ki? Bütün qadınlar dərisini gözəlləşdirmək üçün əsrlərdir müxtəlif üsullardan istifadə edirlər. Estetik və gözəl görünmək üçün edə bilməyəcəyimiz şey yoxdur. Dərinin gözəl və parlaq görünməsi onun sağlam və xoş bir toxumaya sahib olması deməkdir. Üzünüzün parlaq və möhkəm görünməsini istəyirsinizsə, bu reçeptə bir baxmağınızı məsləhət görürəm.
Yumşaq görünüşlü dodaqlar üçün maska

Qəhvə çöküntüsü maskası
Qəhvə
Zeytun yağı
Hazırlanması:
Kiçik bir qabda qəhvə çöküntüsünü krem halına gələcəyi qədər zeytunyağı əlavə edin. Yaxşıca qarışdırın. Bu qarışığı dərinizə dairəvi hərəkətlərlə masaj edərək çəkin. 5 dəqiqə sonra ilıq suyla yuyun. Bu maskanı həftədə 1 dəfə tətbiq edə bilərsiniz.
30 mart 2016
GO BACK