Evdə günəşdən qorunmaq üçün krem hazırlayaq.
Krem - 1
200 q kərə yağı
20 q kosmetik parafin və ya bal mumu
1 ç.q çobanyastığı yağı
1 ç.q nanə yağı
Yarım çay qaşığı limon suyu.
Hazırlanması:
Bir qabın içində kərə yağını isidin. Parafin və ya bal mumunu əlavə edərək əridin. Əgər bal mumu istifadə etməniz gərəksə, o zaman onu rəndələməlisiniz. Çobanyastığı yağı, limon suyu və nanə yağını əlavə edərək istiliyi 60 ilə 70 dərəcə arasında isitməyə buraxın. 15-20 dəqiqəyə qədər donmağını gözləyin. Əldə edilən bu qarışımı soyuducuda gözlədin. Kremimiz hazırdır.
Krem - 2
3-4 soğanın qabığını 1 stəkan suda qaynadın. Qazanda 3-4 yemək qaşığı su qalana qədər qaynadın və qalan suyu süzün. İçinə 3-4 şorba qaşığı çay suyu əlavə edin və daha sonra;
50 q kakao yağı
50 q küncüt yağı
20 q ərik yağı
20 q kök yağı
20 q qoz yağı
10 q limon yağı
Yuxarıda yazılan yağları bir qaba əlavə edin və daha əvvəl hazırladığımız soğan və çay suyu qarışımına yaxşıca yedizdirin. Bir-birinə həll olana qədər.
Krem -3
1 ç.q kakao yağı
1 ç.q fındıq yağı
1 ç.q kök yağı
1 ç.q qliserin yağı
1 ç.q badam yağı
2 ç.q ovon yağı
Hazırlanması:
Şüşə bir kasanın içində bütün yağları qarışdırın. Əgər tünd bürünc dəri rəngi istəyirsinizsə, kök yağını 2 ç.q istifadə edə bilərsiniz. Günəşlənərkən dəriyə sürtülür. 25 faktor qorunma saxlaya biləcək və təbii bir bürünc rəng effekti verə biləcək günəş yağını evdə asan şəkildə özünüz edə bilərsiniz.
Krem - 4
50 q qoz yağı
50 q küncüt yağı
50 q kakao yağı
50 q berqamot yağı
Hazırlanması:
İstifadəyə başlanmazdan ən az 20 gün əvvəl hazırlanmalıdır. Qarışım hər gün qarışdırılmalıdır.