Qadin.NET / Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi

Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi

Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi

Kosmetologiyada kriopilinq - üzün soyuq hava ilə təmizlənməsindən həm müalicə məqsədi ilə, həm də kosmetik vasitə kimi istifadə edilir. Hazırda aerokriopilinq gözəllik salonlarında istifadə olunan kosmetik vasitələrindən biridir və günü-gündən daha da geniş yayılır.

 Aerokriopilinqin əsasını pilinq - dərinin təmizlənməsi təşkil edir.Fərqli cəhəti odur ki, aerokriopilinqdə mexaniki və kimyəvi pilinq vasitələrindən deyil, soyuq havadan faydalanırlar. Digər müsbət cəhəti dərinin daha az zədəyə məruz qalması və daha çox nəzərəçarpan nəticəsinin olmasıdır. 

Aerokriopilinq haqqında ekspertlərin fikirlərini öyrənək:

Aerokriopilinqdə müxtəlif tibbi dərmanlardan donmuş şəkildə istifadə olunur. Hər konkret problem - böyük olmayan çapıqlar, ziyillər, qara nöqtələr, piqment ləkələri və zəif qırışların hər birinə fərdi dərmanlar seçilir. Aerokriopilinqin həyata keçirilməsi nəticəsində dəridəki kiçik nöqsanlardan xilas olmaq olar, bu proses dərini cavanlaşdırır və təravətləndirir. Belə ki, soyuğun təsiri ilə dəridəki maddələr mübadiləsi sürətlənir. Buna görə də aerokriopilinq dərinin digər vasitələrlə təmizlənməsindən daha effektlidir.

 

Kriopilinqdən istifadə etmək istəyən insan nələrə fikir verməlidir?

Birincisi, dəriyə kifayət qədər aktiv təsir olunduğu üçün o, prosedurdan dərhal sonra iltihablı, qızarmış görünə bilər. Bu vəziyyət 2-3 gün davam edə bilər. Dərinin buynuzlaşmış təbəqədən tam təmizlənməsi üçün 3-6 gün tələb olunur. Bu müddət bitdikdən sonra dəri hamar və parlaq görünür. Öz cədvəlinizdə kriopilinq vaxtını təyin edərkən, bunları nəzərə alın.  

İkincisi, artıq bir neçə prosedurdan sonra effekt aydın hiss olunur. Mütəxəssislər 2-3 aerokriopilinq seansından keçməyi məsləhət görürlər.

Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi

Üçüncüsü, hiss olunan yaxşı effekti almaq üçün kriopilinqi (digər dəri təmizləmə metodlarında olduğu kimi) pilinqdən sonra dərini sakitləşdirən, faydalı maddələrlə təmin edən başqa prosedur və vasitələrlə əlaqələndirmək lazımdır. Əlavə vasitələr kimi kriomasaj, qidalandırıcı maska və kremlər, dərinizin tipinə uyğun olan digər vasitələrdən faydalanmaq olar. Bunları isə gözəllik salonundakı mütəxxəsisin məsləhəti ilə əldə edə bilərsiniz.

16 aprel 2013
GO BACK