Bir çox qadınların dərisi həssas olur. Buna görə də kosmetika və kremləri əldə etməkdə çətinlik çəkirlər. Siz kosmetik vasitələrinizin bəzilərini özünüz hazırlaya bilərsiniz.
Dodaq boyası üçün:
1 xörək qaşığı vazelin
1 çay qaşığı qliserin yağı
1 çay qaşığı aloy vera yağı (nəmləndirir)
1 çay qaşığı qida boyası
1 çay qaşığı vanil
Hazırlanması:
Vazelin buxarda əridilir və üzərinə digər yağlar əlavə edilir. Əgər dodaqlarınızın həcmli olmasını istəyirsinizsə, 1 çay qaşığı qara bibər yağı əlavə edin. Ən sonda boyanın hansı rəngdə olmasını istəyirsinizsə, həmin rəngli qida boyasını əlavə edib qarışdırın. Zövqünüzdən asılı olaraq rəngləri qarışdıra da bilərsiniz. Bunları tez etmək lazımdır ki, vazelin donmasın. Sonda boş krem qabına tökərək, sərin bir yerdə saxlayın və daha sonra istifadə edin.
Ənlik üçün:
1 xörək qaşığı blenderdən keçirilmiş qarğıdalı unu
İstədiyiniz rəngdə qida boyası
1 çay qaşığı kakao
Hazırlanması:
Bunlar yaxşı qarışdırılır. Artıq istifadə edə bilərsiniz. Əgər ənliyin tünd olmasını istəyirsinizsə, kakao əlavə edin.
Ardı var...