1. Nəmləndirmək üçün gül suyu
Dərini nəmləndirmək, qara nöqtələrdə xilas olmaq və parlaq görüntü əldə etmək üçün gül suyu əvəzedilməzdir. Qədim Misirdə sevilən məhsul idi. Qədim Misir qadınları, hər səhər və axşam gül suyu ilə dərilərini nəmləndirirdi.
2. Parlaq dəri üçün zəfəran yağı
Parlaq dəriyə sahib olmaq qədim dövrlərdə çox vacib idi. Qədim Misirdə qadınlar, zəfəran yağı ilə masaj edərək dərilərini nəmləndirirdilər. Beləliklə, dəri gün ərzində canlılığını və parlaqlığını qoruyub saxlaya bilirdi.
3. Yumşaq dəri və saç üçün bal
Bal, bu günki kimi qədim dövrlərdə də dərini nəmləndirmək və saçları yumşaltmaq üçün əvəzedilməzdir. Uzun müddət saxlamaq mümkün olduğu üçün qadınların sevimli dəri məhsulu hesab edilir.
4. Pilinq təsiri üçün dəniz duzu
Ölü dərilərdən xilas olmaq üçün dəniz duzu əvəzedilməzdir. Yapon qadınınlarının yüz illər əvvəl istifadə etdiyi gözəllik məhsuludur. Ölü dərilərdən və sellulitlərdən xilas olmağa kömək edir.