Qadin.NET / Bürclərə Əsasən Ətir Seçimi

Bürclərə Əsasən Ətir Seçimi

Ətirlər dünyasının mütəxəssisi, peşəkar ətriyyatçı Anne Nelson Sanford uzun illər ulduz falı ilə qızların ətir seçimləri arasındakı əlaqəni araşdırıb.

Əttarın bürclərə görə ətir seçimi ilə bağlı hazırladığı ətir falını təqdim edirik.

Qoç

Coşğun və şövqlə dolu olan Qoç bürclərinin fikri çox tez dağılır və əsas olanı unudaraq bir çox işin öhdəsindən eyni anda gəlməyə çalışır. Məlumdur ki, sidr ağacı konsentrasiyanı bərpa edir və emosional kanalı zəiflədir. Bu baxımdan Qoç bürcləri sidir ağacının parlaq notlarının daxil olduğu ətirlərə diqqət yetirməlidir.

Bürclərə Əsasən Ətir Seçimi

Buğa

İnadçı və qürurlu Buğa bürcləri qeyri-adi və yaddaqalan qoxuları sevir. Çünki məhz onlar emosionallığı və zəngin daxili dünyasını açmağa kömək edir. Parfum inqredieyyentlərindən Buğalara ən çox yaraşanı ətirli tütündür.

Bürclərə Əsasən Ətir Seçimi

Əkizlər

Əkizlərin çoxyönlü təbiəti, onların hiper ünsiyyətcilliyi, yeni emosiyalar aclığı və təxəyyülün uçuşu lavanda qoxusunun sakitləşdirici və rahatladıcı notları ilə uğurla tamamlanır.

Bürclərə Əsasən Ətir Seçimi

Xərçəng

Sakit, balanslı və ailəcanlı Xərçəng bürcləri rahat və kiçik dünyasının sabitliyini qorumağa çalışaraq yeni və qeyri-adi şeyləri qəbul etmir. Qardeniya bu zodiak işarəsinin romantik və həssas təbiətini vurğulayacaq.

Bürclərə Əsasən Ətir Seçimi

Şir

Həmişə at belində, həmişə diqqət mərkəzindədir. Şir bürcləri şirkətdə müsbət əhval-ruhiyyə yaradır, ailədə hökm edir və hər hansı bir layihədə mübahisəsiz liderlərdir. Kraliçanın dominant obrazını qızılgül notları yumşalda bilər.

Bürclərə Əsasən Ətir Seçimi

Qız

Mükəmməl mütəxəssis və mühafizəkar Qız bürcləri möhkəm bir dəstəyə, sabitliyə və gələcəyə inam hissinə ehtiyac duyur. Büxurun sakit qoxusu Qızların təmkinli emosionallığını mükəmməl şəkildə tamamlayacaq və həssaslığını aşkar etməyə kömək edəcək.

Bürclərə Əsasən Ətir Seçimi

Tərəzi

Doğuşdan diplomatdılar, Tərəzi bürcləri həyatda hər şeydən çox ikili olmağı sevmir. Fərqli variantların sonsuz qiymətləndirilməsi, qərarların qəbul edilməsi və şübhələr onların qəlbini daim narahat edir. Qara istiotun aydın və təmiz notları onlarda özünəinamı və sakitliyi geri qaytamağa kömək edəcək.

Bürclərə Əsasən Ətir Seçimi

Əqrəb

Əqrəb maqnetizmi (cazibə) haqqında əfsanələr dolaşır. Onları sevə və ya nifrət edə bilərsiniz, ancaq Əqrəblərə laqeyd qalmaq sadəcə mümkün deyil. Aromada tüberozanın parlaq və xarakterik qoxusu bu bürcün seksuallığını və şövqünü vurğulayacaq, eyni zamanda həddindən artıq əzəmətini azaldacaq.

Bürclərə Əsasən Ətir Seçimi

Oxatan

Bu bürcün çox güclü, inanılmaz cazibədar və xarizmatik nümayəndələri zərif və həssas tərəflərinə diqqət yetirsələr, daha gözəl olacaqlar. Vetiverin ecazkar notlarını ehtiva edən ətirlər seksuallığınızı vurğumağa kömək edəcək.

Bürclərə Əsasən Ətir Seçimi

Oğlaq

Səmimiyyət, rasionallıq və praktiklik Oğlaq bürcü altında doğulanların üç əsas xarakterik əlamətidir. Yasəmən notlarının üstün olduğu cəlbedici ətirlər onlara daha uyğun olacaq.

Bürclərə Əsasən Ətir Seçimi

Dolça

İdeyalar generatoru və xəyalpərəst Dolçalar sərt və gündəlik həyatdan xəyallar və arzular dünyasına qaçmağa çalışır. Neroli notlarının təsiri onlarda yaradıcılıq, yüngüllük və yumor hissini qoruyub saxlamağa kömək edəcək.

Bürclərə Əsasən Ətir Seçimi

Balıq

Səndəl ağacının isti və ehtiraslı notları Balıqların rahat olmayan ruhunun sakitləşdirməsinə və özünə inam hissinin artmasına kömək edəcək. Bu qoxu onları rahatladır və sanki öz hücrəsinə çəkib aparır.

Bürclərə Əsasən Ətir Seçimi

publika.az

12 noyabr 2019
GO BACK