Qadin.NET / Yapon qadınlarının gözəllik sirləri

Yapon qadınlarının gözəllik sirləri

 

Yapon qadınları gənc görünməklə hamının diqqətini cəlb edirlər. Onların gözəllik sirlərini sizinlə bölüşürük.

 

Üzünüzü düyü suyu ilə yuyun

Düyü, erkən yaşlanmanın qarşısını alan və parıldadan vitaminlər, minerallarlar və antioksidantlarla zəngindir. Yapon qadınlar, üzlərini və saçlarını yumaq üçün düyü suyu istifadə edirlər. Evdə düyü suyu hazırlamağın müxtəlif üsulları var. 

Yapon qadınlarının gözəllik sirləri

- Təmiz kasaya yarım stəkan düyü tökün və düyünü bir neçə dəfə təmiz su ilə durulayın.

 

- 2 stəkan su əlavə edin və 15 dəqiqə bu suda yatızdırın.

 

- Düyünü süzün və düyü suyunu 1-2 gün otaq istiliyində saxlayın.

 

- Qoxusu tündləşdikdən düyü suyunuz hazır olacaq.

 

- 1-2 stəkan su ilə seyrəltdikdən sonra saçınızı yuya bilərsiniz. Qalan suyu soyuducuda saxlayın.

 

Yosun üz maskası

Yapon qadınlarının gözəllik sirləri

Dəniz yosunu təəccübləndirən sağlamlıq keyfiyyətlərinə malikdir.  Dərinizin parlaq olması və nəmlənməsi üçün yosundan istifadə edə bilərsiniz.

1/4 fincan dəniz yosunu tozunu ilıq su və zeytun yağı ilə qarışdırın. Üzünüzə və boynunuza bu qarışımı tətbiq edin. 15 dəqiqə gözlədikdən sonra su ilə durulayın. Yosunu isladıb, üzünüzə çəkin.

Yapon qadınlarının gözəllik sirləri

Yaşıl çay

Yaponiyada yaşıl çay çoxdur. Antioksidantlarla zəngin olan bu məhsulu üz maskası olaraq istifadə edirlər. Kiçik qırışları belə silə bilir, məsamələri sıxlaşdırır və dəridə detoks təsiri yaradır.

Yapon qadınlarının gözəllik sirləri


 

31 oktyabr 2019
GO BACK