Son zamanlar gündəlik həyatımızda sintetik və təbii kosmetika terminləri geniş yer alıb. Sintetik kosmetikanın zərərləri çox olduğu üçün təbii kosmetikaya daha çox üstünlük veririk. Lakin təbii kosmetikanın da öz mənfiləri var. Gəlin, sintetika ilə təbii kosmetikanı fərqləndirək. Keçən əsrin 30-cu illərindən, neftdən istehsal olunan ucuz emulqatorlar, yumşaldıcılar, nəmləndiricilər, kosmetika hər bir qadının həyatının ayrılmaz hissəsinə çevrildi. Britaniya alimlərinin hesablamalarına görə hər birimiz gündə 515 kimyəvi maddə ilə üzləşirik: əl kreminin tərkibində 11, tuş - 29, dodaq boyasında – 33 və s. Təəccüblü deyil ki, bunlar hamısı orqanizmimizə fayda yox, ziyan vurur - dərini qurudur, allergiya yaradır və s.
Bütün bunlara görə çoxumuz təbii kosmetikaya baş vururuq.
Əlbəttə, neftə qədər də kosmetika təbii olsa da , ona civə, qurğuşun, arsen vururdular.
İndiki biokosmetika isə ciddi nəzarət altında istehsal olunur, bütün vasitələr təhlükəsizlik testindən keçirilir, sahibkar öz məhsulu üçün keyfiyyətli xammal əldə etməkdən ötrü ekoloji təmiz rayonlarda ferma rəhbərləri ilə müqavilə bağlamalı, istehsal qaydalarına riayət etməlidir, istehsalın etik qaydalarını pozub, heyvanlar üzərində test etməməli, ətirləyicilərdən, rənglərdən, konservantlardan istifadə etməməlidir. Hətta, təbii məhsul istehsal rəhbərləri sintetik məhsulların “qara” siyahısını tutur. Bunlara parabenlər(konservant), TEA və DEA(emulqator), Natrium lauril(köpükyaradıcı), vazelin, rəngləndiricilər, ətirləyicilər aiddir.
BİO standartı, Fransa sertifikatlaşdırma komitəsi Ecocert və müstəqil istehsalçılar təşkilatı Cosmebio tərəfindən hazırlanıb.
BDİH standartı, Almaniyada hazırlanıb.
NaTure standartı, Avropa komissiyası ilə birgə Avropanın iri istehsalçıları və Avropa şurası tərəfindən hazırlanıb, məhsulun keyfiyyətini öz ulduzları ilə təyin edirlər. 3 ulduz tam təbii məhsula verilir.
Biokosmetikanın saxlanma müddəti-adətən 2 aydan 12 aya qədər, bəziləri isə soyuducuda saxlanılmalıdır. Bu bir tərəfdən yaxşıdır ki, tərkibinə zərərli maddələr daxil olmayıb, digər tərəfdən isə “zəhərlənmə” riski yüksəkdir. Məsələn, əgər yoqurtlu kremin vaxtı keçibsə və ya mağazada saxlama qaydalarına düzgün riayət olunmasa tərkibində stafilokok kimi kiçik mikroorqanizmlər yarana bilər ki, bu da öz növbəsində dərimizə, dərimizdən də bütün orqanizmimizə yayıla bilər.
Və ən əsası məhsulu alarkən üstünü diqqətlə oxumaq lazımdır. Məsələn, əgər məhsulun üstündə çobanyastığının zəngin olduğu yazılıbsa və sadalanmaya görə sonuncu yerdədirsə, deməli çobanyastığı bu məhsulda cüzidir.