Qadin.NET / Mükəmməl dəri üçün 10 qızıl qayda

Mükəmməl dəri üçün 10 qızıl qayda

Bu günə qədər saytımızda bu kimi xəbərlərdən çox dərc edilib, amma bu xəbərdə sizə bəhs edəcəyim 10 qızıl qaydaları gərək həyat tərzimizdə gündəlik vərdişimizə çevirək. 

Dəriniz kifayət qədər gözəl olmadıqda özünüzü pis hiss edərsiniz. Ən kiçik bir sızanaq belə kefinizi qaçırar. Ancaq erkən yaşlardan etibarən dərinizə lazım olan əhəmiyyəti versəniz, gələcək illər üçün də yaxşı sərmayə olar.
Qızıl qaydalarla tanış olun:
1. Hər gün ən azı iki litr su için. Çünki kafi miqdarda su içmək dərinizi nəm saxlayar və toksinlərin böyrəkləriniz və bağırsaqlarınız vasitəsilə bədəndən atılmasını təmin edər.

2. Lifli qidaları seçin. Çünki bu, bağırsaq hərəkətlərini nizamlayır, beləcə, bədəniniz zərərli maddələrdən daha sürətlə təmizlənər. Qidalarınızı tərəvəz, meyvə, quru paxlalılar, lifli biskvitlərdən seçə bilərsiniz.
Mükəmməl dəri üçün 10 qızıl qayda


3. Hər gün antioksidant qidalar qəbul edin. Çünki antioksidantlar hüceyrənin yaşlanmasını yavaşladar, hüceyrəni qoruyar. Tərəvəz və meyvələrdə antioksidant çoxdur. Amma bunlar xüsusilə mövsümünə görə alınmalıdır.
4. Yeməkləri kiçik boşqablarda yeyin. Çünki böyük boşqab yeməyin kalorisi də böyükdür. Ayrıca, tək qidalanma yetərli və sağlam olmaz. İki-üç növ qidanı kiçik boşqablarda yeməlisiniz.

5. Doymamış yağ turşularını kafi səviyyədə alın. Çünki dəri quruluşu və toxumalar üçün xüsusilə yağ turşuları böyük əhəmiyyət daşıyır. Bundan başqa, antioksidant xüsusiyyətləri də mövcuddur. Bu yağları dənli bitkilərdən, soya paxlasından, tünd yaşıl yarpaqlı tərəvəzlərdən, kətan toxumu, balqabaq tumu, küncüt  kimi bitkilərin yağlarıdan və yağlı balıqlardan ala bilərsiniz.
6. Səhərlər limonlu su və ya gicitkən çayı için. Çünki mədə həzmini asanlaşdırdığı kimi bağırsaq təmizliyi üçün də faydalıdır.
7. Həddən artıq kofein və spirtli içkilərin qəbulundan çəkinin.  Çünki hüceyrə susuz yaşaya bilməz. Hüceyrənin təzyiqi, hüceyrədaxili və hüceyrəxarici maye tarazlığı üçün su qəbulu çox əhəmiyyətlidir. Tərkibində yüksək faizdə spirt və ya kofein olan məhsullar su tarazlığını  pozar və hüceyrənin  deformasiyasına səbəb olar, bu da dərinizdə əks olunar.
8. Həddən artıq duz qəbulundan dərhal uzaqlaşın. Çünki həddən artıq natrium qəbulu dəridə qabarıqlıq və şişlərin yaranmasına səbəb olar.

9. Hazır yeməklərdən əl çəkin. Çünki qatqı maddələrindən və ya ədviyyatlardan tez-tez istifadə etmək hüceyrənin deformasiyaya məruz qalmasına səbəb olar.
10. Qızarmış yeməklərdən və hazır paket yağlardan yeməyin. Çünki onlar bədənin müqavimətini azaldır, hüceyrə yenilənməsini yavaşladar. Dəriyə mənfi təsir edər.
Mükəmməl dəri üçün 10 qızıl qayda
Bunlarla yanaşı,  sızanaqlardan da xilas olmaq lazımdır. Sızanaqların yaranmasında bəslənmə də böyük rol oynayır. Dəridəki məsamələr dolu olduqda toxumalar bakteriya çəkir, iltihab meydana gəlir və ləkələr yaranır.
Qəbizlik problemi varsa və yüksək yağlı və qızarmış yeməklərin, sadə şəkərli qidaların istehlakı artdığı zaman sızanaqlar meydana gəlməyə başlayır. Sızanaqlardan qorunmaq üçün kök, kahı, gicitkan otu, su tərəsi, kərəviz və s. bu  kimi tərəvəzlərdən və ya tərəvəz sularından istifadə edə bilərsiniz.
Sızanaqlar üçün faydalı məsləhət :

Quru ərikləri qaynadın və süzün, yaşıl çay ilə birlikdə qarışdırın və təzə nanə ilə birlikdə soyuq halda süfrəyə verin. Hər gün yeməklərdən bir saat sonra bir fincan için. Dərinin canlı qalması üçün detoks təsiri edən bu soyuq yaşıl çay faydalıdır.

14 oktyabr 2011
GO BACK