Kirpiklərinizi fırçalayın
Kirpik fırçası ilə kirpiklərinizi gündə 2 dəfə fırçalayın. Kirpik fırçanız yoxdursa, təmiz tuş fırçasından istifadə edin. Fırçaya bir neçə damla E vitamini yağı əlavə edin və kirpiklərinizə çəkin. E vitamini kirpik tökülməsinin qarşısını alacaq.
Zeytun yağı
Kirpiklərinizə zeytun yağı çəkin. Zeytun yağı saçları gücləndirmək və uzanması üçün istifadə edilir. Bir pambığa bir neçə damla zeytun yağı tökün və kirpiklərinizin üstünə çəkin. Beş dəqiqə gözləyib ilıq su ilə durulayın. Bunu 4 həftə ərzində edərək istənilən nəticə əldə edə bilərsiniz.
Kirpik buran istifadə etməyin
Kirpik buran kirpikləri zəiflədir. Qırılmasına səbəb olur.
3 günə kirpikləri və qaşları gurlaşdıran qarışım
Aloe vera geli
hind yağı
E vitamini kapsulu
Bir qabda 1 çay qaşığı aloe vera gelini, 2 çay qaşığı hind yağını və 2 ədəd E vitamini kapsulunu qarışdırın. Qulaq çubuğunun köməyilə, bu yağı 3 gecə ərzində hər gecə kirpiklərinizə və qaşlarınıza tətbiq edin.