Limon suyu üsulu
Dəri rəngini açmaqda olduqca uğurlu olan təzə sıxılmış limon suyu, bığ bölgənizə çəkin və 20 dəqiqə saxlayın. Gözlədikdən sonra nəm pambıq köməyi ilə həmin bölgəni təmizləyin. Bu üsulu həftədə 1 dəfə qaralma keçənə qədər təkrar edin.
Cəfəri suyu
Suyun içinə cəfəriləri qoyun və 15 dəqiqə qaynadın. Qaynayan su ilıqlaşana kimi gözləyin. Pambıqla ilıqlaşan suyu qaralan bölgəyə çəkin. 20 dəqiqə sonra təmiz pambıqla təmizləyin.
Kartof suyu
1 ədəd kartofu incə-incə dilimləyin və blenderdən keçirin. Blenderdən keçirdiyiniz kartofların suyunu süzün. Çıxan suyu bığ bölgənizə çəkin və 5 dəqiqə qədər barmaqlarınız ilə masaj edərək tətbiq edin. 45 dəqiqə gözləyin, eyni üsulu yenidən tətbiq edin. Son olaraq soyuq su ilə durulayın.
Düyü suyu
1 stəkan düyüyə 2 stəkan su əlavə edin. 30 dəqiqə ərzində düyünün ağ suyunun çıxmasını gözləyin. Makiyaj pambığı ilə düyü suyunu bığ bölgəsindəki ləkələrin üstünə gecə yatarkən çəkin. Səhər oyandıqda bol ilıq su ilə bölgəni durulayın. Hər gecə yatarkən ən az 1 həftə ərzində tətbiq edin.