Qadin.NET / Qaşlara qulluq

Qaşlara qulluq

Qaşlara qulluq

Üz cizgisinin müsbət və ya mənfi bir şəkil alması üçün təsir edən qaşlar hər kəsə çox önəmlidir.Bəzən müxtəlif səbəblərdən ötəri qaş tökülməsi ilə qarşı-qarşıya qalırıq. Xalq deyimilə desək, qaşlar küsür. smileƏgər sizin də belə bir probleminiz varsa, onda  sizə yardımçı olan bir neçə məsləhət maraqlı ola bilər. Günümüzün durmadan artan problemlərindən biri də  qaş tökülməsi demək olar ki, bütün qadınları narahat edir. Ətraf mühitin təsiri üzümüzə gözəllik verən qaşlara da ziyansız keçmir.Xalq təbabətində qaşlara qulluq üçün badam yağı əvəzsiz məhsuldur.Badam yağı tük köklərini qidalandırdığı üçün tükün tökülməsi və tənbəl tük köklərini aktivləşdirmək üçün istifadə edilir.

Alternativ çarə yarı bölünmüş sarımsaq dişləridir. Bir diş sarımsaq tən yarı bölünüb qaşın problemli yerinə sürtülür.Sarımsaq qaş tökülməsini azaltdığı kimi  tənbəl və küsmüş (əvvəl tük çıxan yer) tük köklərini aktivləşdirməyə qadirdir.

Qaşlara qulluq 

Bununla yanaşı, aşağıdakı qarışıqdanda istifadə edə bilərsiniz:

1 x/q buğda yağı

2x/q hind qozu yağı

1x/q lanolin

3 dənə üyüdülmüş fındıq ləpəsi

3 dənə qoz ləpəsi

Bunları qarışdırıb bernari üsulu ilə parda qaynadırıq. Sonra isə süzüb şüşə qabda saxlanılır. Hər gün qaş və kiprikləriniz artana qədər pambıqlı çöplə qaş və kipriklərin dibinə sürtülür. 

Qeyd: Adı çəkilən yağları şəhərin bütün apteklərindən əldə edə bilərsiniz.

 Hər birinizə sağlam gözəllik arzulayıram!

14 oktyabr 2011
GO BACK